Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karxanaların fəaliyyətinə nəzarət sərtləşdirilir

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi niyə yaradıldı?

Azərbaycanda yerin təkindən istifadə sahəsində tənzimləməni həyata keçirəcək yeni qurum yaradılıb. Belə ki, prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin yaradılmasına dair fərman imzalayıb.

Fərmana görə, faydalı qazıntıların yerləşdiyi ərazilər istifadə üçün ayrılarkən bəzən mühafizə və təhlükəsizlik qaydalarına əməl edilmir, torpaqların dövlət əhəmiyyətli magistral neft-qaz və su kəmərlərinin, avtomobil və dəmir yolu körpülərinin yaxınlığında yerləşməsi nəzərə alınmır, müvafiq qurumlarla razılaşmalar aparılmır, rəylər, kommunikasiya xətləri barədə məlumatlar alınmır, coğrafi koordinatlar dəqiqləşdirilmir: “Yerin təkindən səmərəli istifadə edilməməsi, sənaye və tikintidə işlədilən xammal ehtiyatlarının hasilatı prosesində qanunvericiliyin tələblərinin pozulması arzuolunmaz hadisələrin baş verməsinə səbəb olur”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Sənəddən aydın olur ki, yeni agentlik qeyd edilən halların aradan qaldırılması, ölkənin milli sərvətlərinin, mineral xammal bazasının qorunması, təbii ehtiyatlardan səmərəli, qənaətlə istifadə olunması, xammala olan tələbatın ödənilməsi, faydalı qazıntıların çıxarılması üçün torpaq sahələrinin ayrılmasında, yer təki sahələrinin, bununla əlaqədar işlərin dövlət qeydiyyatına alınmasında, yerin təkinin geoloji öyrənilməsində və istifadəsində ciddi qayda yaradılması, qanunvericiliyin tələblərinə, müəyyən edilmiş normalara və standartlara dürüst əməl olunması, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi, ətraf mühitin, təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə yaradılıb.

Xatırladaq ki, iyun ayında baş verən yağıntılar zamanı Göyçay çayı üzərindəki strateji əhəmiyyətli körpüdə uçqun baş vermişdi. Həmin zaman araşdırmalarla müəyyən olunmuşdu ki, uçquna çayın yatağında fəaliyyət göstərən qum-çınqıl karxanalarının qanunsuz fəaliyyəti səbəb olub. Bu hadisə ilə bağlı cinayət işi başlanmış, bir neçə nəfər həbs olunmuşdu.

Hazırda 238 daş və qum-çınqıl karxanaları fəaliyyət göstərir ki, ondan 23-ü qanuni sənədləşmə aparılmaqla işləyir. Monitorinqlər nəticəsində 127 karxanada baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, 46 karxananın fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.

Komitənin məlumatına əsasən qeyri-qanuni fəaliyyət göstərən karxanalar tərəfindən korlanmış torpaqlar əsasən dövlət mülkiyyətinə aid çay yataqlarında, bələdiyyələrin kənd təsərrüfatı təyinatlı və vətəndaşların özəl pay torpaqlarına aiddir.

Yeni yaradılan agentlik “Yerin təki haqqında” Qanunda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirəcək, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edəcək, bu sahədə xidmətlər göstərəcək.

Fərmanla Nazirlər Kabinetinə yerin təkindən istifadə qaydalarının pozulmasına görə məsuliyyətə dair “Yerin təki haqqında” Qanunda, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müddəaların təkmilləşdirilməsi məqsədilə qanun layihələrini üç ay müddətində hazırlayıb, yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair dövlət proqramının layihəsini altı ay müddətində hazırlayıb prezidentə təqdim etmək həvalə olunub.

Novruz Məmmədovun kabineti həmçinin faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativləri, yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının yeni siyahısını iki ay müddətində prezidentlə razılaşdırmaqla müəyyən etməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə altı ay müddətində yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə istismarda olan faydalı qazıntı yataqlarının və qalıq ehtiyatlarının qiymətləndirilməsini təmin etməlidir. Bundan başqa, nazirlik ölkə ərazisindəki faydalı qazıntıların növlərini əks etdirən xəritələrin elektron və kağız daşıyıcılarda hazırlanmasını, müasir texniki vasitələrin köməyi ilə monitorinqlər aparmaqla mütəmadi yenilənməsini və özünün rəsmi internet saytında yerləşdirilməsini təmin etməli, yer təki istifadəçilərinin ətraf mühitin mühafizəsinə və təhlükəsizliyinə, yerin təkindən istifadə müddətlərinə əməl etmələrinə nəzarət olunmasına imkan verən elektron qeydiyyat və nəzarət sistemi yaratmalı, bu sistemdə qanuni əsaslarla istifadəyə və icarəyə verilmiş faydalı qazıntılar yerləşən torpaqlar, onların istifadəçiləri və icarəçiləri barədə məlumatların əks olunmasını, həmin sistemin torpaqların elektron kadastr uçotu informasiya sisteminə inteqrasiyasını təmin etməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, ölkədə faydalı qazıntıların çıxarılması ilə məşğul olan, bu sahədə fəaliyyət göstərən və fəaliyyəti dayandırılmış fiziki və hüquqi şəxslərin, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu, görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etmələri, yerin təkindən istifadə nəticəsində yerin təkinə, ətraf mühitə, təbii landşafta, özgənin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsinin, qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmasının və zəruri hallarda torpaqların rekultivasiyasının təmin edilməsi, habelə rekultivasiya olunmuş torpaq sahələrinin kateqoriyalara aid edilməsi və ya kateqoriyasının dəyişdirilməsi ilə bağlı tədbir görməlidilər.

Fərmanla FHN-ə hər il növbəti il üçün ölkə iqtisadiyyatının və sənayesinin tikinti materiallarına tələbatı barədə proqnoz məlumatlarını ETSN-ə təqdim etmək tapşırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar