Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Enerji üzrə yeni agentliyə böyük səlahiyyətlər verildi - təfərrüat

Agentlik ölkədə elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyəcək

Prezident İlham Əliyev “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq olunmasına dair fərman imzalayıb.

Fərmanda Nazirlər Kabinetinə yerli və xarici ekspertləri, habelə beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə, elektrik qurğularının quraşdırılması; elektrik və istilik qurğularının texniki istismar; elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası; elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması və yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi qaydalarını doqquz ay müddətində müəyyən edərək prezidentə məlumat vermək tapşırılır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Prezidentin təsdiq etdiyi “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası” isə Energetika Nazirliyi nəzdində yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinə çox geniş səlahiyyətlər verilir. Sənəd ölkədə elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir. Bu nəzarətin məqsədi vətəndaş məmnunluğunun, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının daha da artırılmasını, onların etibarlı, fasiləsiz, keyfiyyətli və təhlükəsiz elektrik və istilik enerjisi, habelə qaz ilə təchiz edilməsini, nəzarət edilən subyektlər tərəfindən müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl olunmasını, qanun pozuntularının qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etməkdir.

Qaydalara görə, agentlik məişət abonentləri istisna olmaqla, elektrik və istilik enerjisinin istehsalçıları, ötürücüləri, paylayıcıları və istehlakçıları; həmçinin qazın istehsalı, emalı, saxlanması, nəqli, paylanması, satılması, mayeləşdirilməsi, həmçinin qaz qurğularının quraşdırılması, boru kəmərlərinin tikintisi, istifadəsi, sınağı və sertifikatlaşdırılması fəaliyyətini həyata keçirənlər və istehlakçıların fəaliyyətinə nəzarət edəcək.

Qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi ilə bağlı da agentliyə mühüm səlahiyyətlər verilir. Belə ki, qurum qaz təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak edəcək, istehlakçıya satılan qazın keyfiyyət göstəricilərini xüsusi texniki vasitələrlə yoxlamaq səlahiyyətlərinə malik olacaq.

Bununla yanaşı, dövlət müəssisələrində qazın istehlakı limitlərinə əməl olunması, qaz təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün qazın istifadəsi və payız-qış mövsümünə hazırlıq işlərinin aparılması vəziyyətini də agentlik araşdıracaq.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, təsdiq olunan qaydalarda əsas məqamlardan biri məişət abonentləri istisna olmaqla bütün digər elektrik və qaz istifadəçilərinin Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nəzarətinə keçməsidir: “Yəni onların qeydiyyatı, istismarına nəzarət, nə qədər illik enerji sərfiyyatı, hansı qurğulardan istifadə edirlər və texniki şərtləri və sair. Sənəddə qeyd olunur ki, agentlik enerji təchizatının etibarlılığını təmin etmək məqsədilə müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada yanacaq ehtiyatının maliyyələşdirilməsinə, yaradılmasına, qorunmasına, istifadəsinə, həcminə və uçotunun həyata keçirilməsinə nəzarət edir. Yəni tutaq ki, ”Azərenerji" ildə nə qədər qaz və mazut istifadə edir və elektrik enerjisi istifadə edir.

Bu, tikilən elektrik stansiyalarının normativ-sənədlərinə cavab verirmi, vermirsə, prezidentin də hökumət iclasında qeyd etdiyi kimi, “istismarda yeni istilik elektrik stansiyalarında xətalar buraxılmışdır və onlar öz layihə güclərinə müvafiq elektrik istehsal etməmişlər” fikrinin təsdiqi demək olacaq. Yəni məqsəd səmərəliliyi artırmaqdır. Yoxsa “Azərenerji” istədiyi qədər yanacaq sifariş edirdi (təqribən 5,5 milyard m3 təbii qaz) onun pulunu da ya qismən verirdi SOCAR-a, ya da fasilələrlə illərlə yubadırdı, sonra hökumət məcbur olub silirdi... Beləcə, illərlə bazar iqtisadiyyatından uzaq səmərəsiz fəaliyyət göstərən bir təsərrüfat saxlamağa məcbur olmuşdu dövlət".

Mütəxəssisin fikrincə, agentliyə verilən çox böyük bir səlahiyyət var: “Elektrik və istilik enerjisi təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak etmək. Yəni Energetika Nazirliyi bundan sonra gələn ilin büdcəsində enerji obyektlərinin və ”Azəristiliktəchizat" dövlət şirkətinin büdcə smetalarının tərtibatında birbaşa iştirak edəcək... və onlara nəzarəti də həyata keçirməlidir. Bundan sonra “dövlət müəssisələrində elektrik və istilik enerjisindən istifadə üzrə istehlak limitlərinə əməl olunması” da Energetika Nazirliyinin səlahiyyətlərinə aid ediləcək".

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar