Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ilanların sayı artıb - Xəbərdarlıq

Bu il havaların daha isti keçməsi ilə əlaqədar olaraq ölkə ərazisindəki ilanların sayı artıb

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. Havaların qızmar keçməsinin soyuqqanlı heyvan olan ilanlar üçün sərfəli olduğunu nəzərə çatdıran E.Yusifov əlavə edib ki, bu yay ilanların zərərsizləşdirilməsi ilə bağlı onlara edilən müraciətlərin sayı xeyli artıb.

İnstitut direktoru ilanların sayının artmasına əlverişli iqlim şəraiti ilə yanaşı, qida zəncirinin də təsir göstərdiyini söyləyib. Onun sözlərinə görə, becərilməyən torpaqlarda xırda gəmiricilərin sayının artması onlarla qidalanan ilanların da say artımına səbəb olur.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bununla bağlı araşdırmaların aparılmasını vacib sayan institut direktoru ilanların daha çox Kür-Araz ovalığında yerləşən Aran rayonlarında təsadüf edildiyini də söyləyib. O qeyd edib ki, Azərbaycanın yarımsəhra əraziləri ilanların artımı baxımından çox təhlükəlidir:
"Bunlar ərazi etibari ilə Qobustan-Abşerondan tutmuş Ağstafaya qədərdir. Kür boyunca yerləşən Salyan, Neftçala, Biləsuvar rayonlarında belə risklər var".

E.Yusifov yaşayış yerlərində ilanların olmaması, insanların özlərini ilanların təhlükəsindən qoruması üçün lazım olan yolları da açıqlayıb. O qeyd edib ki, ilanların ərazidə olmaması üçün divarlarda olan çatlar, dəliklər mütləq suvanaraq bağlanılmalıdır:

"Çünki ilanlar özlərinə yuva salmırlar. Onlar həmin o çatlarda, çəpərlərin dəliklərində yaşayırlar. İlanlar adətən özlərini qızdırdıqdan sonra kölgəliyə - evlərin zirzəmilərinə daxil olurlar. Buna görə zirzəmilərin girişləri məhdudlaşdırılmalıdır. Hazırda həm də tarla, məhsul yığımı mövsümüdür. İnsanlar tarlalara gedəndə özlərini ilan sancmalarından qorumaq üçün təhlükəsizlik qaydalarına riayət etməlidirlər. İlk növbədə boğazlı çəkmə geyinilməlidir. Təəssüf ki, mən rayonlarda insanların tarlalarda çəkələk geyinərək işlədiyini görürəm. Bu isə təhlükəsizlik baxımından yolverilməzdir".

E.Yusifov qeyd edib ki, meşədə istirahətə gedənlərin də əllərində gəzərkən bir çubuq olmalı və onunla çığırları tərpətməlidirlər: "Nəzərə almaq lazımdır ki, indi ilanların aktivliyinin ən pik dövrüdür. Onlar oktyabrın sonunadək aktiv olacaqlar. Sonradan - soyuqlar düşdükdə isə ilanlar qış yuxusuna gedəcəklər".

Azərbaycandakı ilanların hamısının zəhərli olmadığını da açıqlayan institut direktoru ölkəmizin faunasında 20-yə yaxın ilan növünün olduğunu, onlardan isə yalnız birinin – gürzənin insan həyatı üçün təhlükəli olduğunu söyləyib: "Amma çox təəssüf ki, bizdə ekoloji maarifləndirmə, fauna bilikləri qənaətbəxş olmadığından insanlar qarşılarına çıxan bütün sürünənləri zəhərli sayaraq onları öldürürlər. Qırmızıqarın təlxə, zeytun təlxə, dağ təlxəsi tam təhlükəsiz canlılardır. Onların insan həyatı üçün heç bir təhlükəsi yoxdur. Amma el arasında onlara əfi ilan, şahmar ilan deyərək öldürürlər. Yaxud koramal da tam təhlükəsizdir. Yeri gəlmişkən qeyd edim ki, koramal ümumiyyətlə, ilan deyil. O, təkamül dövründə ayaqlarını itirib, amma Azərbaycanda el arasında ona "ilana zəhər verən" deyirlər və öldürürlər. Bunlar isə yolverilməzdir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar