Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yol polisi özbaşınalığı

Bakıda sahibinin xəbəri olmadan cərimə meydançasından avtobusu çıxarılaraq 15 gün marşurut xəttində işlədilib

Sahibkar Adil Nəcəfov AzToday.az-a üzlədiyi özbaşınalıqla bağlı şikayət edib. “Uğurlu” MMC-nin təsisçisi və direktoru, müharibə veteranı Nəcəfov Adil Əli oğlu bildirir ki, məhkəmə qərarına əsasən yol polisinin tutub cərimə meydançasına qoyduğu İSUZU markalı avtobusu onun xəbəri olmadan bir gün sonra marşuruta buraxılıb.

Sahibkar başına gələnləri anladır:

“15.04.2015-ci ildə “Allahverdi” müəssisəsinin rəhbəri, 204 saylı marşrutun sahibi Namiq Allahverdiyev rəhbərlik etdiyim müəssisədən 7 ədəd “İSUZU” markalı avtobus icarəyə götürdü. Lakin icarə müqaviləsinə əməl etmədiyinə görə, biz 2 saylı İqtisad Məhkəməsinə müraciət etdik. Məhkəmə 1 iyun 2018-ci il tarixdə müqavilənin birtərəfli şəkildə ləğv olunması və mənə məxsus olan 7 ədəd avtobusun tutulub cərimə meydançasına qoyulması ilə bağlı qərardad qəbul etdi. Dövlət Yol Polisi İdarəsinin Sabunçu rayon şöbəsinə avtobusların tutulub cərimə meydançasına qoyulması ilə bağlı müraciət etdik. Sabunçu rayon Yol Polisi Şobəsinin Cinayət-Axtarış bölməsinin əməkdaşları tərəfindən iyun ayının 30-da 10 –TG-015 dövlət nömrə nişanlı avtobus saxlanılaraq cərimə meydançasına qoyuldu.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bununla bağlı akt tərtib olunaraq, sürəti mənə təqdim olundu. Bundan sonra ailəmdə hüzr düşdüyü üçün 15 gün ərzində Bakıda olmadım. Bakıya gələn kimi Cərimə Meydançasına getdim. Avtobus cərimə meydançasında deyildi. Cərimə Meydançasının mühavizəçilərindən öyrəndim ki, iyul ayının 1-də Sabunçu Yol Polisi tərəfindən avtobus cərimə meydançasından çıxarılaraq yenə əvvəlki xəttə buraxılıb. Sabunçu RPİ DYPŞ-yə müraciət etdikdə mənə kobud şəkildə qarşılayaraq bildirdilər ki, hər şeyi qanun çərçivəsində ediblər. Araşdırmam zamanı məlum oldu ki, İqtisad Məhkəməsinin qərardadı əsasında tutulub, cərimə meydançasına qoyulmalı olan və mənə məxsus avtobuslar başqa nömrələr altında yenə də 204 saylı marşurut xəttində işlədilir. Sabunçu RPİ DYPŞ də sahibkardan rüşvət və ya başqa maraqlar güdərək bu qanunsuzluğa göz yumur.

Özüm 204 saylı marşurutu yoxlayan zaman avtobus sürücülərinin əksəriyyətində sürücüçülük vəsiqəsinin belə olmadığını, xüsusi geyim formasina malik olmadıqlarını, habelə sürücülərin “şəpit”lə avtobus idarə etdiyinin şahidi oldum. Görəsən, Sabunçu RPİ DYPŞ rəisi Sabir Abdullayev üçün insan həyatı bu qədərmi önəmsizdir ki, 204 saylı marşurutda baş verənlərə göz yumur?”.

Daha sonra Adil Nəcəfov bildirib ki, Xətai RPİ DYPŞ-nin rəisi polkovnik Cavanşir Ələkbərov dəfələrlə mənə xəbərdarlıq edərək sahibi olduğum avtobusların “MMK”, yəni cərimələri ödənilmədiyini demişdi: “Mənə məxsus olan və Namiq Allahverdiyevə icarəyə verdiyim avtobusların hər birində min manatdan yuxarı cərimələr var. 30 iyun tarixində Sabunçu RPİ DYPŞ tərəfindən saxlanılan 10-TG-015 nömrə nişanlı avtobusun isə 1300-1400 manat civarında cəriməsi var. Avtobuslar məndə işləməyə-işləməyə Xətai rayon Məhkəməsi məni 300 manat cərimə etmişdir. Maraqlıdır ki, belə olan halda Sabunçu RPİ DYPŞ rəisi Sabir Abdullayev məhkəmə qərarı olmasına və bu qədər cərimələri olan avtobusu buraxması qanunlara tüpürmək və vəzifə səlahiyyətlərini aşmaqdan başqa bir şey deyil. Bu açıq-aşkar korrupsiya və rüşvət əməlidir”.

Sahibkar yol polisinin etdiyi qanunsuzluqla bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Baş Prokurorluğa müraciət etdiyini qeyd edib.

Sabunçu RPİ DYPŞ-dan iyulun 17-si günorta saatlarında Adil Nəcəfova zəng edilərək bildirilib ki, avtobusu artıq cərimə meydançasındadır. Dərhal Adil Nəcəfovla birgə Sabunçu RPİ DYPŞ-nin Kürdəxanıdakı cərimə meydançasına getdik. Mühavizəçi bir az əvvəl avtobusun cərimə meydançasına gətirildiyini bildirdi. Avtobusa baxdığımız zaman Adil Nəcəfov avtobusun qəzalı vəziyyətə salındığını və dövlət nömrə nişanının təzəlikcə avtobusun üzərinə vurulduğunu bildirdi: “Avtobus iyun ayının 30-da cərimə meydançasına salınanda arxadan sağda heç bir vuruğu yox idi. İndi görürsüz ki, avtobusun arxa tərəfi harasa vurulub. Dövlət nömrə nişanı isə bu dəqiqələrdə üzərinə bağlanıb”.

Cərimə meydançasının əməkdaşlarından avtobusun bura gətirilməsi ilə bağlı sənəd istədikdə, bizə sənəd verə bilməyəcəyini və bunun üçün Sabunçu RPİ DYPŞ-dan icazə almaq lazım olduğunu dedi.

Daha sonra Adil Nəcəfovla birgə Sabunçu RPİ DYPŞ-sinə yollandıq. Şöbə rəisi Sabir Abdullayev baş verənlərdən ümumiyyətlə xəbərdar olmadığını və yol polisinə məhkəmə qərarı ilə avtomobilləri saxlayıb, cərimə meydançasına qoyulmasının qadağan edildiyini söylədi. Sübut kimi Ali Məhkəmənin sədri Ramiz Rzayevin bu ilin yanvar ayında daxili işlər naziri Ramil Usubova yazdığı məktubu göstərdi. Bununla belə Sabir Abdullayev əməkdaşlarının iyun ayının 30-da avtobusu yolda saxlayıb, cərimə meydançasına niyə qoyulması ilə bağlı sahibkarın verdiyi suala düz-əməlli cavab verə bilmədi…

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

NATO Baş katibi: Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir

“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb

Ən çox oxunanalar