Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərdar Cəlaloğlu 50-yə yaxın partiyanı “ölü canlar” adlandırdı

“Azərbaycanda faktiki olaraq 6-7 partiya geniş və ya məhdud şəkildə fəaliyyət göstərir, yerdə qalan partiyaların mövcudluğuna, qeydiyyatda saxlanmasına ehtiyac yoxdur”

Bu barədə ADP sədri Sərdar Cəlaloğlu modern.az-a açıqlamasında deyib. S.Cəlaloğlu düşünür ki, fəaliyyətsiz partiyalarla bağlı qanunda ciddi boşluq var: “Nəticədə fəaliyyəti olmayan siyasi təşkilatlar yaradılır və beləliklə insanlarda da çaşqınlıq yaranır ki, ölkədə 55 siyasi partiyanın olmasına baxmayaraq, onlardan heç biri xalq qabağında vəzifələrini yerinə yetirmirlər.

Bu partiyaların böyük əksəriyyəti 1993-cü illərdə qeydiyyatdan keçib. 20-30 il keçməsinə baxmayaraq, demək olar ki, partiyaların fəaliyyətsizliyi müşahidə edilir. Mən siyasi partiya sədriyəm, lakin 6-7 partiyadan başqa digərlərinin adını bilmirəm, nəinki onların fəaliyyəti barədə. Həmin siyasi təşkilatların rəhbərləri yoxdur, ölkənin ictimai-siyasi həyatı ilə bağlı bu günə qədər nə bir bəyanatları, çıxışları, nə də münasibətləri var. Bu partiyalar bir növ ”ölü canlar" kimi saxlanılır. Bu da Azərbaycanda guya çoxpartiyalı siyasi sistemin mövcudluğunu imitasiya edir. Odur ki, uzun illər ərzində funksiyalaşmayan partiyaların qeydiyyatı avtomatik ləğv olunmalıdır. Seçkilərdə iştirak etməyən partiyaların ləğv olunacağını deyirdilər. Lakin bu təkcə seçkilərlə bağlı olmamalıdır. Seçki partiyanın seçimindən asılıdır. Yaxşı fəaliyyət göstərməyən, ən azı ictimai rəyi tənzimləməyən partiyalar, əlbəttə, ləğv olunmalıdır. Həmin partiyalar ləğv edilsə də, buna kimsə etiraz etməyəcək. Onsuz da onlar yoxdurlar, sadəcə, hər şey kağız üzərindədir. Gərək bu cür formal vəziyyət aradan qaldırılsın".

Xatırladaq ki, bir müddət öncə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da uzun müddət fəaliyyəti olmayan partiyaların qeydiyyatının ləğv olunması təklifini vermişdi. Lakin hələ ki bu təkliflər təklif olaraq qalır.

AMİP katibi Əli Orucov isə “Yeni Müsavat”a bildirdi ki, siyasi partiyaların inzibatı üsullarla sayının azaldılması doğru deyil. Bu proses təbii axınla, proseslərin gedişində öz həllini tapmalıdır: “Bunun üçün də siyasi partiyaların fəaliyyəti üçün normal və əlverişli ortam olmalıdır. Partiyaların nüfuzu və gücü seçkilər zamanı üzə çıxır. Bu gün hansı partiyanı dindirsən özünü ölkənin əsas partiyalarından biri hesab edəcək. Kimin, yaxud hansı partiyanın geniş elektorata və nüfuza sahib olduğunu seçki yolu ilə müəyyənləşdirmək mümkün olmadığından əsas partiyaları da müəyyənləşdirmək mümkün deyil. Biz bunu dəfələrlə praktikada görmüşük. Keyfiyyət yox, kəmiyyət önəmlidir yanaşmasından kəmiyyət yox, keyfiyyət önəmlidir yanaşması lazımdır. Bu həm də siyasi institutların da, dövlətin də möhkəmləndirilməsində xüsusi rol oynayacaq. Partiyaları bağlamaq yox, onların inkişafına dəstək vermək lazımdır”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, bu gün Ədliyyə Nazirliyindən rəsmi qeydiyyatdan keçmiş 54 siyasi partiya var, AĞ Partiya da bu siyahıdadır. S.Cəlaloğlunun fikirlərində isə həqiqət var ki, bu partiyalardan cəmi 5-10-u fəaliyyət göstərir. Digərləri qeydiyyatdan keçdikləri gündən bu yana heç bir fəaliyyət göstərməyib, heç bir seçkilərdə iştirak etməyib: “AĞ Partiya olaraq biz də özümüzü Azərbaycan siyasi səhnəsində real fəaliyyət göstərən və müxalif partiya kimi iqtidarla siyasi mübarizə aparan partiya hesab edirik. Demək olar ki, 2018-ci il prezident seçkiləri daxil biz son illərdə olan bütün seçkilərdə iştirak etmişik və siyasi hadisələrə qurum olaraq bəlirli yön verməyə çalışmışıq. Yəni bizim fəaliyyətsiz bir partiya kimi qeydə düşmək problemimiz yoxdur. Ancaq buna baxmayaraq, mən Sərdar bəyin partiyaların sayını inzibati yolla azaltmaq təklifi ilə razı deyiləm. Çünki ilk növbədə bu, demokratik bir addım olmazdı. Mən təbii və sağlam siyasi rəqabətin tənzimləməsinin tərəfdarıyam. Belə ki, zatən fəaliyyətsiz olan siyasi partiyalar özləri təbii şəkildə sıradan çıxacaqlar. Xalq heç zaman siyasi passiv qüvvələrə dəstək verməyəcək, bu da siyasi səhnənin təmizlənməsi ilə yekunlaşacaq. Hər şeyi inzibati rıçaqlarla həll etməyə çalışmaq və bunu ənənə halına salmaq yaxşı fikir deyil”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar