Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədov Şəkiyə etap olunacaq - yeni məhkəmə başlayır

REAL həmtəsisçisi: “İnanırıq ki, yaxın vaxtlarda bu işə baxılacaq və İlqar Məmmədov azadlığa çıxacaq”

Ali Məhkəmənin Plenumu REAL hərəkatının sədri İlqar Məmmədov barədə qərarı ləğv edib. Plenumun qərarına əsasən, Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işinin icraatı zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarının pozulmasına dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli “İlqar Məmmədov Azərbaycana qarşı” iş üzrə qərarında şərh edilmiş hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar müəyyən edib.

Beləliklə, İlqar Məmmədov barəsində Ali Məhkəmənin Cinayət Kollegiyasının 18 noyabr 2016-cı il tarixli və Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2016-cı il tarixli qərarları ləğv edilib. Cinayət işi apelyasiya qaydasında yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar versə də, İ.Məmmədov hələ də həbsdə qalmaqdadır. Qeyd edək ki, bu günlərdə İlqar Məmmədov bəyanat yayaraq Avropa Birliyini Azərbaycan hökuməti ilə danışıqlara getdiyi üçün ittiham edib: “Avropa Parlamentinin mən də daxil olmaqla Azərbaycanda siyasi məhbusların buraxılmayacağı təqdirdə Azərbaycanla Avropa Birliyi arasında imzalanması planlaşdırılan sazişi ratifikasiya etməyəcəyi ilə bağlı mövqeyi qənaətbəxş deyil. Avropa Parlamenti mənim işimlə bağlı 2013 və 2014-cü illərdə qətnamələr qəbul edərək dərhal və qeyd-şərtsiz azadlığa buraxılmağıma çağırıb. Avropa Parlamentinin hazırkı qətnaməsi əvvəlki mövqeyindən geri çəkilmək anlamına gəlir. Çünki ən optimist Avropa Birliyi rəsmisi sazişin ən yaxşı halda 2019-cu ilin payızında imzalanacağını proqnozlaşdırır”.

Bəs bundan sonra nə olacaq? Şəki Apelyasiya Məhkəməsinin iclası nə zaman keçiriləcək, hansı gözləntilər var? İlqar Məmmədovun sağlıq durumu necədir?

REAL hərəkatının həmtəsisçisi Natiq Cəfərli bununla bağlı “Yeni Müsavat”a bunları deyib: “Öncə onu qeyd edim ki, İlqar Məmmədovun vəziyyəti yaxşıdır, heç bir problemi yoxdur. Yəni cəzaçəkmə məntəqəsində ona heç bir problem yaradılmır. Bundan əvvəl onurğa, kürək nahiyəsində ağrıları var idi, lakin sonra müəyyən dərmanların, müalicənin köməkliyi ilə durumu ümumən qənaətbəxş oldu. Ali Məhkəmənin Plenumunun qərarından sonra İlqar Məmmədovun yenidən Şəkiyə köçürülməsi məsələsi ortaya çıxdı. Düşünürük ki, orada hansısa problem yaşana bilər. Ümid edirik ki, İlqar Məmmədov Bakıdan Şəkiyə qaydalara uyğun, yolda əziyyət çəkmədən, normal şəkildə etap olunacaq”.

Natiq Cəfərli Şəkil Apelyasiya Məhkəməsinin iclasının hansı tarixdə keçiriləcəyi haqda məlumat olmadığını bildirdi: “Məhkəmənin hansı qərar çıxaracağını təxmin edə bilmirik. Çünki bir dəfə də bundan əvvəl Şəki Apelyasiya Məhkəməsinin qərarı Ali Məhkəməyə göndərilmişdi və orada da qərara heç bir düzəliş etmədən, problemləri həll etmədən qüvvədə saxlanılmışdı. İndi də çox təəssüf ki, belə bir qərarın yenidən ola biləcəyi ehtimalı var. Lakin ümid edirik ki, Avropa İnsan Haqları Məhkəməsinin iki qərarını nəzərə alaraq, Şəki Apelyasiya Məhkəməsi doğru qərar qəbul edəcək. Bildiyiniz kimi, Avropa İnsan Haqları Məhkəməsinin qərarında İlqar Məmmədovun siyasi fəaliyyətinə görə həbs olunduğu və günahsız yerə həbsdə qaldığı açıq-aşkar qeyd olunub. Yəni Avropa Məhkəməsinin həm 5-ci, həm də 18-ci maddə ilə bağlı qərarı var. Hər iki maddə siyasi fəaliyyətə görə təqib olunmanı özündə ehtiva edir. Qeyd etdiyim kimi, biz ümid edirik ki, Şəki Apelyasiya Məhkəməsi bunları nəzərə alacaq. İlqar Məmmədov artıq cəzasının böyük bir hissəsini çəkib. Belə ki, avqustda onun həbsinin 5 il 6 ayı tamam olacaq. Beləliklə, cəzasının müddətinin başa çatmasına 1 il 6 ayı qalır. Bildirim ki, Şəki Apelyasiya Məhkəməsinin iclasının nə zaman təyin olacağı haqqında məlumatımız yoxdur, bu barədə bizə deyilməyib. Hüquqşünasların analiz edərək söylədikləri fikir bundan ibarətdir ki, ən azı avqustun sonu, sentyabra qədər bu iş uzana bilər. İnanırıq ki, yaxın vaxtlarda bu işə baxılacaq və pozitiv qərar olacaq, İlqar Məmmədov azadlığa çıxacaq.

Hər kəsə, cəmiyyətə də bəllidir ki, İlqar Məmmədovla qərar artıq hüquqi qərar deyil. Yəni hüquqi qərar olmaqdan çoxdan keçib, əgər olacaqsa, siyasi qərar olacaq".

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar