Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Dünya Ticarət Təşkilatına müraciət edib


ABŞ Dünya Ticarət Təşkilatına (DTT) Kanada, Çin, Aİ, Meksika və Türkiyə ilə məsləhətləşmələr keçirmək barədə müraciət edib


Birləşmiş Ştatlar DTT üzvü olan bu ölkələrlə onların ABŞ-dan idxal edilən müəyyən mallara rüsum tətbiqini müzakirə etmək niyyətindədir. Həmin ölkələr Vaşinqtonun idxal etdiyi polad və alüminium məmulatlarına rüsum tətbiqinə cavab olaraq müvafiq addımı atıblar.

TASS xəbər verir ki, bu barədə Dünya Ticarət Təşkilatının Cenevrədəki rəsmi nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, məsləhətləşmələr barədə xahiş bu həftə DTT üzvləri arasında yayılacaq və təşkilatın saytında yerləşdiriləcək. Məsləhətləşmələr məsələni müzakirə etməyə və təhqiqata keçmədən həll etməyə imkan yaradır. Problem həllini tapmadığı təqdirdə, şikayətçi tərəf 60 gün ərzində arbitrlər panelini yaratmaq barədə müraciət hüququ əldə edir.

Bundan əvvəl ABŞ-ın polad və alüminium məmulatlarına tətbiq etdiyi rüsumla bağlı olaraq DTT-nin səkkiz üzvü – Rusiya, Aİ, Hindistan, Kanada, Çin, Meksika, Norveç və İsveçrə ABŞ-la məsləhətləşmələr keçirilməsinə dair təşkilata müraciət edib. Məsləhətləşmələr barədə müraciət xahiş ticarət mübahisəsinin rəsmi başlanğıcı deməkdir.

ABŞ-ın müvafiq danışıqlarda nümayəndəsi Robert Laythayzerin sözlərinə görə, ABŞ ölkənin marağını müdafiə etmək məqsədilə bütün zəruri tədbirləri görmək niyyətindədir.

Xatırladaq ki, iyunun 1-dən ABŞ Aİ, Kanada və Meksikadan idxal edilən polad və alüminium məmulatlarına müvafiq olaraq 25 və 10 faiz rüsum tətbiq edib.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar