Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İvan Rakitiçdən rekord göstərici


Xorvatiya millisi və "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç geridə qalan mövsüm üçün maraqlı bir rekorda imza atıb


PİA.AZ goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu 2017/18 mövsümündə ən çox oyun keçirməklə bütün həmkarlarını qabaqlamağa nail olub.

"Barselona"nın heyətində uğurlu mövsüm keçirən Rakitiç İspaniya La Liqasında çempion adını qazandı. Ardından Xorvatiya yığması ilə Rusiyada təşkil olunan dünya çempionatına qatılan futbolçu, komandası ilə finala qədər irəlilədi. O, Fransaya 2:4 hesabıyla uduzduqları həlledici matç da daxil olmaqla geridə qalan mövsümdə bütövlükdə 71 oyuna çıxıb.

Ulduz futbol DÇ-2018-də 7 matça çıxıb. O, mundialdan öncə yığma komandanın heyətində 4 yoxlama matçının da iştirakçısı olub. Rakitiç "Barselona" formasıyla 55 rəsmi matça çıxıb (35 La Liqa, 10 Çempionlar Liqası, 8 İspaniya Kuboku, 2 İspaniya superkuboku). Xorvatiyalı futbolçu katalonlarla 5 yoxlama görüşünün də iştirakçısı olub.

Rakitiçin bu baxımdan ən yaxın izləyicisi "Çelsi"nin və Braziliya yığmasının üzvü Villian olub - 70 oyun. Son Hunq-Min, Kevin De Bruyne və Reşford isə 68 oyunla ilk üçlüyü qapayırlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar