Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Qurbanlı: “Gəncə hadisələrinin ssenarisi əvvəlcədən hazırlanıb”


“Bu ssenarini həyata keçirmək istəyənlərin niyyəti baş tutmadı”


“Gəncədə baş verən hadisələr terror aktıdır. Bu hadisələri törədənlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. İstintaq gedir və bu şəxslərin arxasında duranların kimlər olduğu araşdırlır. İlkin məlumatlara görə, bunlar din pərdəsi altında öz çirkin niyyətlərini həyata keçirən cinayətkarlardır”.

Bunu Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən müşavirədən sonra jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

"Bu hadisələrin ssenarasi əvvəlcədən hazırlanıb. Onların məqsədləri Azərbaycanda siyasi, ictimai sabitliyi pozmaq və Azərbaycan xalqının sosial rifah halını aşağı salmaq və müstəqilliyinə xələl gətirməkdir. Lakin bu ssenarini həyata keçirmək istəyənlərin niyyəti baş tutmadı. Onlar tam iflasa uğradılar. Prezident İlham Əliyev artıq hadisələrə hüquqi, siyasi qiyməti verib. Bu cinayəti törədənlərin İslam dininə və müsəlmanlara heç bir aidiyyəti yoxdur. Bu cinayətkarlar Azərbaycana qarşı olan dairələrin nümayəndələridir. Bunların əməlləri cəzasız qalmayacaq və onlar ədalət məhkəməsi qarşısında mütləq cavab verəcəklər", - deyə M.Qurbanlı əlavə edib.(musavat.com)



 pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar