Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Münasibətlərimiz heç vaxt bu qədər pis olmayıb” - Prezidentlərin başlıca bəyanatı…


Helsinki sammitindən sonra Rusiya və Amerika Birləşmiş Şataları (ABŞ) prezidentləri keçirdikləri birgə mətbuat konfransında xarici-siyasi məsələləri – Suriyanı, Ukraynanı və silahlar üzərində nəzarəti müzakirə etdiklərini bildiriblər.

Təmas nöqtələri, fikir ayrılıqlarının tənzimlnməsinin variantlarını – arayıblar və ümumilikdə, sammitdən məmnun qalıblar
 
Rusiyanın seçkilərə mudaxiləsi
 
Putin: «Mən, tərkar etməli oldum ki, artıq dəfələrlə demişəm, o cümlədən, prezidentlə şəxsi görüşlərimdə demişəm: Rusiya dövləti heç vaxt Amerikanın daxili işlərinə qarışmayıb və qarışmağa hazırlaşmır, o cümlədən, seçki proseslərinə…».
 
Tramp: «Mən, öz kəşfiyyatıma inanıram və demək istəyirəm ki, prezident Putin bu günmüdaxiə ittihamını israrla inkar etdi. Həm də gözəl təklif irəli sürdü. O dedi ki, bu iş üzərində ABŞ-da işləyən insanlar seçkilərə müdaxilə məsələsində həmin 12 şübhəli şəxsin müstəntiqləri ilə işləməlidirlər».
 
Putin: «Bəli, mən ABŞ-da prezident seçkilərində Trampın qalib gəlməsini  istəmişəm».
 
Suriya məsələsi
 
Putin: «Bu ölkədə sülhün və həmrəyliyin bərqərar olması məsələsinin həlli birgə işləməyin uğurlu nümunəsi ola bilərdi… RusiyaABŞ «humanitar böhranı aşmaq məsələsində qarşılıqlı fəaliyyəti təşkil etməlidir… Terrorçuların tamamilə darmadağın edilməsindən sonra, Suriyanın cənub-qərbində, necə deyərlər, «cənub təhlükəsizlik zonasında»kı Qolan yüksəkliklərində vəziyyət, İsrail və Suriya ordularını ayıran xətti müəyyən edən 1974-cü il sazişinə tam uyğun hala gətirilməlidir».
 

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

 
Tramp: «Bizim hərbçilər yaxşı əməkdaşlıq edirlər – öz siyasi liderlərindən də yaxşı – Suriyada və digər yerlərdə fəaliyyətlərini yaxşı əlaqələndirirlər. İsrail üçün təhlükəsizliyin yaradılması – Putinlə biz bunu görmək istərdik».
 
Ukrayna məsələsi
 
Putin: «Rusiya bu tranziti (Ukraynadan keçməklə) saxlamağa hazırdır. Biz, gələn il vaxtı bitən tranzit kontraktını uzatmağa hazırıq. Ancaq «Qazprom» və «Naftqaz» arasındakı təsərrüffat mübahisəsinin Stokholm Arbitraj Məhkəməsində tənzimlənəcəyi təqdirdə».
 
Putin: «Ukrayna daxilindəki böhranın müzakirəsi zamanı Minsk razılaşmasının vicdanla yerinə yetirilməsinin vacibliyinə diqqət yetirdik. ABŞ bunu qətiyyətlə tələb edə və Ukrayna rəhbərliyini bu işə kökləyə bilərdi».
 
Tramp: «Boru kəməri barədə («Şimal axını-2») danışarkən, biz, rəqabət aparacağıq. Mən əminəm ki, bu, Almaniyanın  maraqlarına uyğundur. ABŞ artıq neft və qaz hasilatı sahəsində ən nəhəng dövlətir. Biz, sıxılmış təbii qaz (STQ) satırıq və boru kəməri ilə rəqabət aparmalıyıq».
 
Silahlardan imtina
 
Putin: «Nüvə nəhəngi olaraq, biz, beynəlxalq təhlükəsizlik məsələlərində xüsusi məsuliyyət daşıyırıq. Rusiya, strateji sabitlik barədə sənədləri, o gümlədən, «SNB-2» və kütləvi qırğın silahlarının yayılmaması barədə müqavilələri ABŞ-a təqdim edib».
 
İkitərəfli müasibətlər
 
Tramp: «Bizim münasibətlərimiz heç vaxt indiki qədər pis olmayıb. Ancaq təxminən, 4 saat bundan əvvəl vəziyyət dəyişdi. Mən, gerçəkdən, buna inanıram. Mən, hesab edirəm ki, hər iki tərəf münasibətlərin pisləşməsində günahkardır. Hesab edirəm ki, ABŞ özünü axmaqcasına aparıb. Biz, özümüzü axmaq aparmışıq. Doğrusu, biz bu görüşü çoxdan təşkil etməliydik».
 
Putin: «Biz, variantlar axtarırıq ki, iki ölkə arasında münasibətləri necə yaxınlaşdıraq, işimizi necə konstruktiv edək. Biz, hansısa bir daxili-siyasi qüvvələrin ötəri siyasi maraqlarına söykənməməliyik, faktlara əsaslanmalıyıq».
 
Putin: «Kimə inanmaq, kimə inanmamaq və ya ümumiyyətlə, inanmaqmı? Heç kimə inanmaq olmaz. Siz, haradan bilirsiniz ki, prezident Tramp mənə etibar edir, mən isə ona tam şəkildə inanıram? O, ABŞ-ın maraqlarını qoruyur, mən isə Rusiya Federasiyasının maraqlarını. Bizim üst-üstə düşən maraqlarımız var və biz, təmas nöqtələri axtarırıq. Bizim suallarımız var ki, onlar üzrə hələlik kənarlaşırıq və biz, bu kənaplaşmanı «barışdırmaq» üçün variantlar arayırıq».
 
Putinlə Trampın görüşü nəzərdə tutulmuş vaxtdan 40 dəqiqə artıq çəkib.
 
«Bütbvlükdə, mən ilk tammiqyaslı görüşdən razıyam» - deyə, Putin bildirib. Bununla belə, görüşdə «bütün uçqunları təmizləmək» mümkün olmayıb.
 
Drnald Tramp da öz növbəsində, görüşün təşkilatçısına – Finlandiyaya təşəkkür edib və DÇ-2018-in uğuruna görə, Putini təkrar olaraq təbrik edib.
 
Mətbuat konfransının gedişində Putin DÇ-2018-in rəsmi topunu Trampa hədiyyə edib (futbol üzrə DÇ-2026 ABŞ-da keçiriləcək).
 
«Mən, hesab edirəm ki, digər dövlətlərin liderləri ilə görüşlər yaxşıdır. Bundan heç bir pis nəticə çıxmaz. Amma ola bilər ki, nə isə yaxşı bir nəticə əldə olunsun» - deyə, Helsinki sammitinə uçmazdan əvvəl ABŞ prezidenti bəyan edib.(AzPolitika.info)
 
pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar