Hacıqabul rayon Mərkəzi Kitabxanasnda uşaq və yeniyetmələrin mənəvi, intellektual, fizioloji inkişafına hesablanmış “Yay məktəbi” təşkil etmək artıq ənənə halını almaqdadır.Cari ildə də “Əylənək, öyrənək, dincələk” devizi ilə fəaliyyətə başlayan bu “məktəb” məşğələlərə artıq start vermişdir
“Yay məktəbi” nin açılışı ilə əlaqədar 2 iyul 2018-ci il tarixdə rayon Mərkəzi Kitabxanasında tədbir keçirilmişdir.Dövlət Himni ilə başlayan bu tədbiri giriş sözü ilə MKS-nin direktoru Dövran Həsənov açaraq qonaqları salamlamış, “Yay məktəbi” layihəsinin mahiyyəti haqqında geniş məlumat verərək qeyd etmişdir ki, uşaq və yeniyetmələrin yay tətili istirahətinin təşkil edilməsi kütləvi kitabxanaların ənənəvi fəaliyyət istiqamətidir.O, qeyd etmişdir ki, “Yay məktəbi”ndə hər bir məktəblinin istirahətini təmin etmək üçün bütün imkanlardan istifadə etmək barədə lazımi göstərişlər verəcəkdir.
Rayon Mərkəzi Kitabxanasının fəaliyyət planında məktəblilərin yay tətilini səmərəli keçirməsi, gənc nəslin mənəvi tərbiyəsi, mütaliə vərdişlərinin aşılanması və nitqin inkişafı prioritet sahələrdir.
Mərkəzi kitabxananın şöbə müdiri Aytəkin Mirzəyeva öz çıxışında balaca oxucuların yay tətilinin səmərəli keçməsi üçün burada viktorinalar, ucadan və ifadəli oxu, tapmaca, nağıl saatları həyata keçiriləcyini, maraqlı və əyləncəli oyunlar oynanılacağını, uşaqların mütaliə vərdişlərinin təkminləşdirilməsi və mütaliə mədəniyyətinin inkişafı məqsədilə bədii qiraət saatları təşkil ediləcəyini, kompyuterlər vasitəsi ilə səsli nağıllar səsləndiriləcəyini qeyd etmişdir.
Tədbirdə çıxış edən valideynlər öz fikirlərini bölüşmüş, Mərkəzi Kitabxanada təşkil olunmuş “Yay məktəbi”nin uğurlu bir layihə olacağına inandıqlarını bildirmişdilər.
Elmira İbrahimova
Mərkəzi Kitabxananın şöbə müdiri
pia.az