Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neftçi” macarlarla cavab oyunu ərəfəsində azarkeşlərə müraciət etdi

“Neftçi” klubu Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Macarıstanda “Uypeşt”lə keçirəcəyi cavab oyunu ilə bağlı azarkeşlərə müraciət edib


Paytaxt təmsilçisi iyulun 19-da Macarıstanın paytaxtı Budapeştdəki “Ferens Susa” stadionunda baş tutacaq görüşlə əlaqədar UEFA və rəqib kluban zəmanət məktubu almadığını açıqlayıb.

“Bu oyunda komandamızı dəstəkləməyə gələcək azarkeşlərimizin təhlükəsizliyinin təmin olunması üçün klubumuz tərəfindən ev sahibi “Uypeşt” klubuna, UEFA-ya və müvafiq qurumlara müraciət edilib. Lakin indiyə kimi heç bir qurumdan zəmanət məktubu almamışıq. “Neftçi” üçün azarkeşlərimizin təhlükəsizliyi çox önəmlidir. Bu səbəbdən, indiki vəziyyətdə sizləri maksimum ehtiyatlı olmağa səsləyirik. Müvafiq strukturlardan cavab məktubu gəldikdə əlavə məlumat veriləcək”, - deyə müraciətdə bildirilir.

Virtualaz.org xatırladır ki, "Neftçi" və macar "Uypeşt”i arasında Avropa Liqasının 1-ci təsnifat mərhələsinin matçından əvvəl komandaların azarkeşləri arasında dava düşmüşdü.

İnsident Mərdəkandakı restoranlardan birində, oyunun keçirildiyi "Dalğa Arena" stadionu yaxınlığında baş vermişdi.

“Neftçi”nin Forza fanhərəkatının nümayəndələri stadiona qədər təntənəli yürüş təşkil etmiş, yolda restorandan çıxan macarlara rast gəlmişdilər. Nəticədə aralarındakı şifahi söz atışması davaya keçmişdi. Bir sözlə, yeddi nəfər macar "Neftçi"nin sayca onlardan çox olan azarkeşləri tərəfindən döyülmüşdü. Buna cavab olaraq macarlar Azərbaycan azarkeşlərinə Budapeştdə "ilıq" qəbul söz vermişdilər.

Onu da qeyd edək ki, Budapeştdəki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Neftçi” ilk oyunda 3:1 hesabı ilə qalib gəlib.“Report” 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar