Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə ikigünlük seminar-müşavirə öz işinə başlayıb

Tərtərdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb


İyulun 16-da TərtərDini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.

Din xadimləri, gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayondakı dini durum haqqında məlumat verib. Qeyd edib ki, cəbhə bölgəsində bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Bir neçə il bundan əvvələ kimi dini radikalların təsiri altına düşənlərə rast gəlinirdisə, bu gün dövlətimizin apardığı siyasət nəticəsində belə faktlar müşahidə edilmir. Ölkə rəhbərliyinin dini sahədə həyata keçirdiyi işlərdən geniş söhbət açan RİH başçısı Dövlət Komitəsinin bu istiqamətdə gördüyü işlərin müsbət nəticələr verdiyini vurğulayıb.
Natiq qeyd edib ki, Azərbaycanın günbəgün sürətli inkişafı bəzi maraqlı dairələri hər zaman narahat edib. Buna görə də hər fürsətdə ölkəmizə, onun rəhbərliyinə qarşı qarayaxma kampaniyaları aparır, Gəncədə olduğu kimi qarışıqlıq salmağa çalışırlar. Buna görə də hamımız ayıq-sayıq olmalı, dövlətimizin bütövlüyünə, müstəqilliyimizə qarşı yönəlmiş bu kimi təxribatları dəf etməliyik.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında Ulu Öndərimizin uzaqgörən siyasətinin dini dəyərlərimizin dirçəlməsinə yönəldiyini, milli-mənəvi dəyərlərimizə hər zaman böyük ehtiram və qayğı ilə yanaşdığını deyib. Bu nümunəvi siyasətin dövlət başçımız tərəfindən uğurla davam etdirilməsinin, dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulmasının nəticəsidir ki, bu gün ölkəmizdə dini baxımdan stabillik mövcuddur.

Dövlət Komitəsi sədrinin birinci müavini diqqətə çatdırıb ki, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması, dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizm və dini ekstremizm kimi mənfi elementlərlə mübarizə sahəsində ən təsirli üsullardan biri maarifləndirmədir. S.Salahlı dini maarifləndirmə işinin aparılmasında dini icmaların da üzərinə böyük vəzifə və məsuliyyət düşdüyünü qeyd edib, onları müasir dövrün bəlası hesab edilən dini radikalizmə, xurafata yol açan amillərin qarşısını almaqda, milli-mənəvi dəyərlər ruhunda gənc nəsil yetişdirməkdə fəal olmağa çağırıb.

S.Salahlı onu da qeyd edib ki, respublikamızda qəbul edilən qanunlar və normativ hüquqi aktlar dini etiqad azadlığını təmin edir, eyni zamanda, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.
Dini radikalizmin fəsadlarından da danışan natiq dünyanın bir çox ölkəsinin dini ekstremizm və terrordan ciddi əziyyət çəkdiyini qeyd edib və bildirib ki, bu gün dünyada, əsasən də müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır. Maraqlı dairələr, beynəlxalq güclər bu amildən məharətlə istifadə edirlər.

Bugünlərdə Gəncədə baş verən hadisələr haqqında da danışan S.Salahlı xalqımızın və dövlətimizin əzmi sayəsində ölkədə xaos yaratmaq cəhdlərinin növbəti dəfə süquta uğradığını vurğulayıb. O, bu hadisələrin dövlətimizə qarşı törədilən terror olduğunu deyib.

Tərtər şəhər "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov Prezident İlham Əliyevin ölkə dindarlarına diqqət və qayğısından danışıb. Qeyd edib ki, dövlətimizin bu qayğısının müqabilində bəzi dairələr din pərdəsi altında Gəncə şəhərində qarışıqlıq yaratmaq istədilər. “Əlbəttə, hadisədən dərhal sonra Azərbaycan cəmiyyəti, dindarlarımız sərt reaksiya verərək bu terroru törədənlərin, ona rəhbərlik edənlərin qanun qarşısında ən sərt şəkildə cəzalandırılmalı olduqlarını söylədilər. Terrorçudan qəhrəman düzəltmək, Azərbaycanda dinə, dindarlara təzyiq olduğunu dilə gətirmək nankorluqdur. Bu ölkə bizim evimizdir, onu çirkləndirmək, özlərinin mübtəla olduqları xəstəliklə yoluxdurmaq istəyənlərə qarşı birlikdə mübarizə aparmalıyıq. Məmurumuza, polisimizə atılan güllə dövlətimizə atılan güllədir və biz dindarlar birmənalı şəkildə bu hadisələri pisləyirik.” - deyə S.Cəfərov qeyd edib.

Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb. 
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar