Tovuz rayonunda qadın yıxılaraq xəsarət alıb
PİA.AZ Trend-ə istinadən bildirir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Əsgərova Vüsalə Məcid qızı bədən xəsarətləri ilə xəstəxanaya gətirilib.
Xəstə evində yıxıldığını bildirib.
Hadisə nəticəsində qadının sol qolu dirsək nayihəsindən sınıb.
Faktla bağlı araşdırma aparılır.
pia.az