Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp: Bu cür dialoqa çoxdan başlamaq lazım idi


Moskva və Vaşinqton arasında münasibətlər Helsinkidə keçirilmiş Rusiya-ABŞ sammitindən sonra kökündən dəyişdi


Virtualaz.org-un məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıqların yekunlarına həsr olunan birgə mətbuat konfransında deyib. O, RusiyaABŞ arasında dialoqun dünyanın maraqlarına cavab verdiyini söyləyib.

ABŞ prezidenti rusiyalı həmkarı ilə dialoqunu “çox məhsuldar” adlandırıb. Onun sözlərinə görə, vaxtilə münasibətlərin pisləşməsində hər iki tərəf təqsirkar olub və səhvlərə yol verib. Bu cür dialoqa çoxdan başlamaq lazım idi.

Donald Tramp əlavə edib ki, Helsinki sammitini inkişaf etdirmək məqsədilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının və ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndələri tezliklə görüşəcəklər. Diskussiyaları davam etdirmək iki ölkənin marağındadır və görüşdə bu barədə razılıq əldə edilib.

Gələcəkdə tez-tez görüşlər keçiriləcəyinə əminliyini bildirən ABŞ prezidenti Helsinkidə müzakirə olunan problemlərin həll ediləcəyinə ümidvar olduğunu deyib.

Yeri gəlmişkən, mətbuat konfransının sonunda Putin Trampa Rusiyada keçirilən dünya çempionatının rəsmi topunu hədiyyə edib. O, 2026-cı ildə dünya çempionatını ABŞ-ın keçiriləcəyini də xatırladıb.

Hədiyyəni qəbul edən Tramp Putinə təşəkkür edib və topu həyat yoldaşı Melani Trampa ataraq "Melani, götür, oğlum bu topla oynayacaq" deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar