Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşğal altında olan “Sərsəng“ su anbarı nəzarətə götürülməlidir!


PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısını təqdim edir

 
Azərbaycanın "Sərsəng" su anbarı 25 ildir ki, Ermənistanın işğalı altındadır. Bu illər ərzində işğalçı ölkə tərəfindən su anbarı üzərində beton bərkitmə və konustruksiya işləri aparılmayıb. Getdikcə su anbarının drenaj mühafizə sistemi, qoruyucu avadanlıqları eroziya məruz qalır. Bu da Azərbaycan üçün bir başa təhlükə vəd edir. Xüsusi ilə TərtərBərdə ərazilərinin bu bəndin dağılması nəticəsində su basma təhlükəsi var.
 
Qeyd edim ki, AŞPA -nın Sərsəng Su anbarı ilə bağlı qətnamədi var. Bu qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edir. Parlament Assambleyası Ermənistan Parlament nümayəndə heyətinin və Ermənistan hakimiyyətinin bu məruzənin hazırlanmasında əməkdaşlıq etməməsini qəti pisləyir, bu rəftarı Avropa Şurasının tamhüquqlu üzvü olan bir ölkənin öhdəlik və vəzifələrinə zidd hesab edir və deputatların mandatı dövründə yarana biləcək buna bənzər hallarda görülə biləcək tədbirləri nəzərdən keçirəcəyini bildirir.
 
Göründüyü kimi AŞPA -da "Sərsəng" su anbarının mövcud və real təhlükəsindən natahatdır və Ermənistanın bu su anbarın ətrafını boşaltmasını tələb edir. Təbii ki, AŞPA -nın bu qətnaməsi məcburi xarakterli, amma hüquqi sənəd olaraq mötəbərliyini qoruyub saxlayır. Bu qətnamə hüquqi əsas verir ki, Azərbaycana istənilən vaxt Sərsəng su anbarını işğalçılardan təmizləsin və bəndin təhlükəsizliyini təmin etsin.
 
Cəbhə bölgəsində dəyişən şərtlər, "Sərsəng" su anbarının getdikcə dağılma təhlükəsinin olması, bunun Azərbaycan üçün ola biləcək fəsadlarının qarşısını alınması istiqamətində ordumuz hərbi əməliyyat keçirib, su anbarını nəzarətə götürməlidir. Sonra bəndin beton bərkitmə işləri həyata keçirməlidir.
 
Sərsəng du anbarı Ermənistanın əlində təzyiq rıçaqıdır və ölkəmizi hər an bununla təhdid edə bilər. Ordumuz bu anbarı nəzarətə götürərsə, heç bir xarici dövlət buna etiraz etməyəcək. Sərsəngin götürülməsi, Xankəndinə nəzarət deməkdir.
 
bitmap-img6
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar