ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin 2 saatdan çox çəkən təkbətək görüşün ardından geniş tərkibli danışıqlara başlayıblar
Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, işçi səhər yeməyi masası arxasında aparılan ABŞ-Rusiya danışıqlarında hər iki ölkə liderlərilə yanaşı xarici işlər nazirləri və administrasiyların üzvləri də iştirak edirlər. Geniş formatlı görüş mediaya qapalı keçirilir.
Görüşün protokola uyğun olaraq 1 saat 45 dəqiqə çəkəcəyi gözlənilir.
pia.az