Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş ağrısını yox edən, qan dövranını yaxşılaşdıran möcüzəvi vasitə

Baş ağrısı səbəbi müxtəlif ola bilər: uzun müddət kompüterdə işləmək və ətraf mühitin təsiri, stress, yuxu çatışmazlığı, qida rasionun pozulması və s. Necə olursa-olsun, vəziyyət dözülməzdir, ağrıdan qurtulmaq isə çətindir

Bir çox hallarda həb içmək mənasızdır, heç bir təsiri olmur. Dərmanlara güvənmək əvəzinə bu xəstəliyə qalib gəlmək üçün ən sürətli və ziyansız üsulları sınaqdan keçirin.

Publika.az oxucuları baş ağrısını aradam qaldıran sadə xalq vasitələri ilə tanış edib.

Banan

Banan qabığını atmayın. Bu, insan orqanizmi üçün əsl faydalı maddələr anbarıdır. Banan qabığını 20-30 dəqiqə başın alın hissəsində saxlamaqla ağrıdan xilas ola bilərsiniz.

Alma

Çoxları bilmir ki, alma baş ağrısını azaldan ən yaxşı vasitədir. Əgər yuxudan şiddətli baş ağrısı ilə oyanmısınızsa, duzlu alma dilimi yeyin, üstündən mütləq bir stəkan isti su için. Söz veririk, ağrı tezliklə yox olacaq. Yeri gəlmişkən, alma sirkəsi ilə inhalyasiya baş ağrılarına müsbət təsir edir.

Badam

Bu gözəl çərəz dərman preparatlarının təbii əvəzedicisidir. Bir ovuc badam 10-15 dəqiqə ərzində baş ağrıları azaltmağa qadirdir. Çox faydalıdır!

Zəncəfil

Zəncəfil kökü iltihab önləyici xüsusiyyətlərə malikdir, bu da zəhlətökən baş ağrısı ilə mübarizədə kömək edir. Zəncəfil baş və boyun damarlarını rahatlaşdırmağa kömək edir, şişkinliyi azaldır və təbii sakitləşdirici mexanizmlərini tələsdirir.

Gündə 2-3 dəfə zəncəfilli çayı içmək başağrısını azaltmaq iqtidarındadır. Əsas odur ki, ağrı hiss olunan kimi çay için.

Darçın

Bir qədər darçın tozunu suya əlavə edib məcun hazırlayıb. Əldə edilən qarışığı alın hissəsinə sürtüb yarım saat saxlayın. Darçın tezliklə ağrını çəkəcək. Əgər soyuq havanın təsiri ilə bağlıdırsa, belə bir üsul baş ağrısı üçün çox faydalıdır.

Qaynar su

Baş nahiyəsinə qoyulmuş isti kompres (qrelka) ağrıdan xilas edəcək. Bu üsul qan dövranını yaxşılaşdırır, boynun gərgin əzələlərini zəiflədir, miqreni aradan qaldırmağa kömək edir.

Üstəlik isti vanna və ya duş qəbul etmək olar. Əgər vanna otağında uzanıb qalmaq istəmirsinizsə, əl və ya ayaqlar üçün isti vanna gözəl alternativi olacaq, onlar baş ağrısı ilə mübarizə aparır və gərginlik çəkilir.

Lavanda yağı

Barmaqlarının uclarına bir neçə damcı lavanda yağı töküb alnı 15-20 dəqiqə masaj edin. Lavandanın sakitləşdirici xüsusiyyəti başa yaxşı təsir edir və ağrını azaldır.

Lavanda efir yağı əvəzinə istiot, nanə yağı və ya evkalipt istifadə edə bilərsiniz. Bu yağların ağrıkəsici və sakitləşdirici xüsusiyyəti əzələləri zəiflədir, qan dövranını yaxşılaşdırmağa kömək edir.

Qırmızı istiot

Qırmızı istiot baş ağrısını azaldan daha bir təbii vasitədir. Araşdırmalar göstərib ki, bu məhsul ən dəhşətli miqrenlərdən xilas edə bilər!

İstiot əsaslı kremlərlə başa masaj, baş ağrısı ilə mübarizədə çox səmərəlidir. O, qan dövranının yaxşılaşmasına səbəb olur, bununla da baş ağrısını sakitləşdirməyə kömək edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar