Yaponiyada baş verən sel fəlakəti zamanı həlak olanlar arasında azərbaycanlı yoxdur
PİA.AZ Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, bununla bağlı Azərbaycanın Yaponiyadakı səfirliyi ilə əlaqə saxlanılıb:
"Səfirlikdən aldığımız məlumata görə, hadisə nəticəsində həlak olanlar arasında azərbaycanlılar yoxdur. Bir daha Yaponiya hökumətinə, xalqına başsağlığı veririk".
pia.az