Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cığırından çıxan dünya: NATO sammiti və Tramp-Putin görüşü dünya düzəninə nə vəd edir?


Politoloq: “Dünyanın iqtisadi xəritəsinin dəyişilməsinə ehtiyac bəzi dairələr tərəfindən duydurulmaqdadır. Bunun üçün də ticarət qaydaları dəyişdirilir”


“Tramp Avropa arasında parçalanmaya təkan verməkdədir”.

Bu sözləri politoloq Zaur Məmmədov PİA.AZ-a müsahibəsində qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iyulun 16-da Rusiya-Amerika sammiti  Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Peskov vurğulayıb ki, hazırda ekspertlər səviyyəsində sammitə hazırlıq işləri görülür. O, açılamasında “Rusiya və amerikalı ekspertlər Vladimir Putin və Donald Trampın görüşündə imzalana biləcək sənədlərə dair fikir mübadiləsi aparırlar. Lakin hələlik tərəflərin mövqeyinin yaxınlaşmasından danışmaq tezdir” fikirlərini vurğulayıb. 

Qeyd edək ki, bu görüşdə Vladimir Putin və Donald Tramp ilk dəfə təkbətək görüş keçirəcəklər. Danışıqlarda RusiyaABŞ prezidentləri iki ölkə arasında münasibətlərin perspektivləri və aktual beynəlxalq məsələləri müzakirə edəcəklər. Hətta ABŞ prezidenti Donald Tramp jurnalistlərə rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlığından danışıb. ABŞ lideri Rusiya ilə yaxşı münasibətlərin qurulmasının vacibliyini vurğulayıb və görüş zamanı "hər şeyin yaxşı olacağına" əmin olduğunu bildirib.

Baş tutacaq Tramp-Putin görüşü ilə bağlı PİA.AZ-ın əməkdaşı  politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədovdann qısa müsahibə alıb.

Image result for zaur məmmədov pia.az
Zaur Məəmədov: “Tramp qazancın maksimallaşması nəzəriyyəsinin tərəfdarıdır”.


PİA.AZ həmin müsahibəni oxucularına təqdim edir:

- Yaxın günlərdə ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında Helsinkidə görüş olacaq. Bu görüşün müsbət nəticələrlə bitməsi üçün hansısa real platformaların olduğunu düşünürsünüzmü və bu görüşdən sonra beynəlxalq siyasətin məcrası əsasən hansı istiqamətdə dəyişə bilər?

- Trampla Putin arasında baş tutacaq görüş bütün dünya üçün olduqca vacib bir görüşdür. Bilirsiniz ki, Trampın hakimiyyətə gəlişindən sonra Putin ilə normal görüşə bilməyiblər. Amerikada onların görüşünə  mane olmaq istəyən kifayət qədər qüvvə var. Hətta məsələ o qədər qəliz idi ki, Putin özü dilə gələrək KİV ilə Ağ evə mesaj verirdi ki, iki ölkə arasında olan problemlerin müzakirəsi üçün onlar arasında görüşə ehtiyac var. Bu görüşə paxıllıqla yanasanlar, görüşdən narahat olanlar və  görüşdən sonra münasibətlərin yaxşılaşacağına ümid edənlər də var. Birincilər siyahısında Böyük Britaniya, İran, Ukrayna kimi dovlətləri, ikincilər qismində isə, İsrail, Türkiyə, Italiya, Avstriya kimi dovlətlər var. 
Hesab edirəm ki, görüşün yekunu kimi Suriya məsələsində bəzi vacib məqamlara aydınlıq gətiriləcək. Artıq Rusiya və Israil arasında ilkin razılaşma var. Məsələ İrana məxsus və yaxın olan hərbi birləşmələrin Suriya ərazisindən tamamilə çıxılmasından gedir. İlkin variant kimi  İran qüvvələrinin Dəməşq və İsrail-Suriya sərhədlərindənçıxarılmasından gedirdi. Lakin  məndə olan məlumata görə, İsrail İranın tamamilə Suriyadan çıxarılmasına israr edir. Bunun müqabilində İsrailvə ABŞ Əsədin hakimiyyətdə qalmasına razılıq verəcəklər və ona qarşı siyasi müxalifətə hərbi dəstəkdən imtina edəcəklər. 
Ukrayna üçün vacib məsələ Krım və Donbasla bağlı gündəmdir. Tramp Krımın Ukraynaya qatılmasına israr etməyəcək. Putin heç bir halda Krımı Ukraynaya qaytarmayacaq və düşünürəm ki,  Ukrayna ilə bağlı  danışıqların əsas predmeti məhz Şərqi Ukrayna ilə bağlı olacaq.


Zaur Məmmədov: “İsrail İranın tamamilə Suriyadan çıxarılmasına israr edir. Bunun müqabilində İsrailvə ABŞ Əsədin hakimiyyətdə qalmasına razılıq verəcəklər”.


- Çoxları, hətta bir çox məşhur analitiklər iddia edir ki, Avropa Birliyi Trampın zəhləsini töküb və Tramp avropalıların ittifaqını dağıtmaq üçün Rusiya ilə ittifaqa girmək istəyir. Sizcə bu iddialar Trampa qarşı olan antitəbliğatın bir hissəsidir, yoxsa doğrudan Tramp daha zəif və ABŞ-dan daha çox asılı olan Avropa istəyir?

- Bu təbii ki, Trampa qarşı olan qara kampaniyalardan biridir. Sadəcə olaraq Tramp qazancın maksimallaşması nəzəriyyəsinin tərəfdarıdır. O, seçkilərdən əvvəl Avropa qarşısında bir sıra vacib tələblər qoymuşdu və indi o tələblərin dilə gətirilməsi ilə məşğuldur. Ancaq  məlum olan o da var ki, Tramp Avropa arasında parçalanmaya təkan verməkdədir.  BREXIT-dən sonra Almaniya və Fransanın ABŞ-la bağlı verdikləri siyasi,hərbi və iqtisadi qərarlar onu göstərir ki, Avropanın əlacı olsa Vaşinqtondan “boşanar”. Hələlik isə  kompromislər haqqında düşünülür. Birmənalı olaraq, Aİ-nin ABŞ-a güzəştə gedəcəyini istisna etmirəm. Lakin  məsələni o qədər də şişirtməyə ehtiyac yoxdur. Son 2 ildə ABŞ Skandinaviya və Şərqi Avropada, Baltikyanı ölkələrdə kifayət qədər güclənib.

Zaur Məmmədov: “BREXIT-dən sonra Avropanın əlacı olsa Vaşinqtondan “boşanar””.


- Trampın NATO-ya və NATO ölkələrinə qarşı tələbləri bəllidir. NATO ölkələrinin dövlət başçılarının bir neçə gündən sonra baş tutacaq zirvə toplantısı da bundan əvvəl Kanadada baş tutan G7 sammiti kimi fiasko ilə bitə bilərmi? Ümumuyyətlə Trampın ABŞ-ın strateji müttəfiqlərinə, xüsusən Avropaya qarşı yürütdüyü siyasətin ana strategiyası ilə bağlı nə demək mümkündür və bu strategiyanın doğru tərəfləri sizcə hansılardır? 

-NATO qurulandan indiyə qədər Avropa İttifaqına üzv olan dövlətlərlə ABŞ arasındakı münasibətlərin xüsusiyyəti ondan ibarət idi ki, ABŞ NATO-nun xərclərinin daha çox hissəsini götürərək qitənin SSRİ-dən müdafiəsi ilə məşğul olurdu. Lakin indi SSRİ yoxdur. Buna baxmayaraq Rusiyadan gələn təhlükə faktoru şişirdilir. Tramp da öz növbəsində Avropanın müdafiəsi üçün Avropa ölkələrinin pul ayırmasını istəyir. 

2014-cü ildəki sammit zamanı qəbul olunmuş qərara əsasən NATO-ya üzv olan dövlətlər 10 il ərzində hərbi xərcləri UDM-i 2%-dən yuxarı keçməlidirlər. Ancaq  hələlik bu qaydaya təkcə 8 ölkə riayət edib. Buna görə də ABŞ liderinin həmin ölkələrə sualı var. Hesab edirəm ki, NATO samiti çərçivəsindəki çıxışında Tramp öz tələbini çox açıq şəkildə bildirəcək. Bu gün ABŞ Kanada, Almaniya və Fransa arasında NATO-nun maliyyələşəsi məsələsində ciddi fikir ayrılıqlarının olması da şübhəsizdir. 

Digər məsələ yeni hərbi mərkəzlərin yaradılması ilə bağlıdır. Yeni idarəetmə mərkəzlərinin köməyilə ABŞ hərbçilərinin Atlantik okeandan Avropaya keçməsi daha da asanlaşacaq. Rusiya üçün maraqlı məqam onun sərhədlərində 30 minlik hərbi korpusun yerləşdirilməsidir. Düzdür, rəqəm o qədər də böyük deyil. Ancaq söhbət faktiki olaraq, ABŞ ordusunun az qala Qara və Baltik dənizlərinə çıxışından gedir. İstisna etmirəm ki, sammit çərçivəsində Polşa və Baltikyanı ölkələr ABŞ hərbçilərinin sayının artırılması haqqında istəkdə olacaq.


Zaur Məmmədov: “İndi dünyaya yeni ticari münasibətlər lazımdır”.


- Tramp eyni zamanda öz müttəffiqləri başda olmaqla az qala bütün dünyaya qarşı ticatrət savaşı açıb. Hazırda başladılan ticarət savaşı dünyanın geosiyasi və geoiqtisadi xəritəsində hansı dəyişikliklərə yol aça bilər və ABŞ-ın bu savaşdan tək qalib çıxmasını mümkün hesab edirsinizmi?

-Hesab edirəm ki, bu siyasi kurs Tramp tərəfindən özbaşına şəkildə reallaşdırılmır. ABŞ bir böyük transmilli şirkəti xatırladır. Əslində də ABŞ-ın xarici siyasətini elə transmilli şirkətlər yönəldir. ABŞ-da hərbi və maliyyə lobbisinin çəkisi isə xüsusidir. İndi dünyaya yeni ticari münasibətlər lazımdır. Daha doğrusu, dünyanın iqtisadi xəritəsinin dəyişilməsinə ehtiyac bəzi dairələr tərəfindən duydurulmaqdadır. Bunun üçün də ticarət qaydaları dəyişdirilir. Ona görə də hesab edirəm ki, ticarət savaşını transmilli şirkətlər qazanacaq.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar