Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avroparlamentin Azərbaycanla bağlı qərarında AŞ izi


Anti-Azərbaycan mövqeyinə köklənmiş Avropa Şurası Avropa Parlamentinin mövqeyinə təsir edir


Xəbər verildiyi kimi, Avropa Parlamenti Avropa Birliyi ilə Azərbaycanın yeni sazişi üçün şərtlər siyahısını qəbul edib. Şərtlərə görə, gələcək saziş əsas azadlıqları təmin etməli, həmçinin korrupsiya, çirkli pulların yuyulması və vergidən yayınmaya qarşı mübarizəni nəzərdə tutmalıdır.

Danışıqlar başa çatana qədər Azərbaycanın öz siyasi və vicdan məhbuslarını azad etməsinin vacibliyi, məhkəmə sistemində islahatlara, iqtisadi  cinayətlərə, korrupsiya, pulların yuyulması, vergidən yayınmaya qarşı mübarizəyə dair konkret tədbirlər görülməsinə çağırış edilib. Sənəddə bildirilir ki, Avropa Parlamentinin deputatları ümid edirlər ki, əgər əsas şərtlər yerinə yetirilərsə, 2019-cu ildə AB-Şərq Tərəfdaşlığı sammitinə qədər Azərbaycanla yeni saziş imzalana bilər. Onlar həmçinin təkidlə AB-ni Avropa Parlamenti öz razılığını verməyincə yeni sazişin ilkin qaydada qüvvəyə minməməsini təmin etməyə çağırıblar.

Azərbaycan hökuməti və hakim partiyanın bəzi deputatları Avropa Parlamentinin bu addımının ölkəmizə qarşı təzyiq məqsədi güddüyünü bildiriblər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə iyulun 9-da Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib. Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, təəssüflər olsun Avropa parlamentində bir sıra qüvvələr var. Onlar şəxsi maraqlarından çıxış edən dairələrdir: “Düşünürlər ki, bu yolla Avropa Birliyi-Azərbaycan əlaqələrinə xələl gətirə bilərlər, ancaq öz məqsədlərinə nail ola bilməyəcəklər. Avropa İttifaqı Birliyi və Azərbaycan arasındakı əlaqələr dinamik surətdə inkişaf edir. Əlaqələrimiz enerji, nəqliyyat uzlaşmaları, humanitar, iqtisadi,  ticarət və  digər sahələrdə yaxşı inkişaf edir və bu gün Azərbaycan-AB arasında strateji tərəfdaşlığa dair  saziş layihəsinin müzakirəsi əldə olunan irəliləyişlərin bariz göstəricisidir”.

Avropa Birliyinin həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini xatırladan XİN təmsilçisi deyib ki, Avropa Parlamentdə AB-Azərbaycan əlaqələrinin inkişafında maraqlı olmayan qüvvələrin mövqeyinə rəğmən əlaqələrimiz davamlı şəkildə inkişaf edəcək.

Avropa Parlamentinin Azərbaycanın Avropa Birliyi ilə saziş imzalaması üçün şərtlər irəli sürməsində, Avropa Birliyinə bu şərtlər yerinə yetirilməyincə Azərbaycanla saziş imzalamamaq yasağı qoyulmasında Avropa Şurasının son zamanlar Azərbaycanla münasibətlərindəki durumun da təsirinin olduğu bildirilir. Belə ki, Avropa Şurası Parlament Assambleyasından son iki ayda Azərbaycana, Azərbaycan nümayəndə heyətinə qarşı ard-arda qərarlar qəbul edilib. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidova sanksiya tətbiq edilib, AŞ PA-dakı nümayəndə heyətimizin keçmiş üz üzvünə ömürlük AŞ PA-ya giriş qadağı qoyulub. Bundan başqa, iyunun 25-29-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycanda 11 apreldə keçirilmiş prezident seçkiləri müzakirəyə çıxarılıb və seçkiləri tənqid edən sənəd qəbul edilib. Sessiyada Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının durumu barədə tənqidi müzakirə aparılıb. Eyni zamanda Azərbaycana siyasi məhbuslarla bağlı məruzəçi təyin edilib. Azərbaycanın bu şəkildə hədəfə alınması, ard-arda təzyiq xarakterli addımların atılması Avropa Parlamentinin də qərarına təsirsiz ötüşməyib. 

Avropa İttifaqı üzrə mütəxəssis, siyasi analitik Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, əslində Azərbaycanla əməkdaşlıq, tərəfdaşlıq sazişinin imzalanması daha çox Avropa Birliyinin özünə lazımdır: “Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol alıb, qarşılıqlı  əməkdaşlıq tərəflər üçün strateji əhəmiyyət daşıyan bir münasibətdir. Xeyli vaxtdır tərəflər Avropa Birliyi ilə Azərbaycan arasında bərabər tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq sazişi üzərində işləyirlər. Saziş qarşılıqlı faydalılıq əsası ilə Avropa İttifaqı və Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlığın artırılması, tərəfdaşlar kimi birgə fəaliyyət göstərilməsi və əlaqələrin tam şəkildə inkişaf etdirilməsinə dair birgə fəaliyyət üçün nəzərdə tutulur. Azərbaycan Avropa Birliyi ilə mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində beş əsas istiqamət-qanunvericilik, nəqliyyat, struktur dəyişikliyi, enerji, mübadilə və sair proqramlar üzrə əməkdaşlıq edir. Uzun illərdir ki, Azərbaycan Avropa Birliyinin Mərkəzi Asiya, QafqazAvropa arasında nəqliyyat əlaqələrinin inkişafı proqram layihələrini, dövlətlərarası neft və qazın ixracı proqramı layihələrini uğurla iştirak edir və həyata keçirir.

Azərbaycan qanunvericiliyinin və prosedurların Avropa Birliyinin standartlarına, beynəlxalq ticarət normalarına uyğunlaşdırılması, yüksək səviyyədə iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və siyasi, təhlükəsizlik dialoqunun aparılması, Azərbaycan mallarının Avropa Birliyi bazarlarına daxil olmasını asanlaşdırması proqramları mövzular üzrə irəliləyişlər var. AzərbaycanAvropa İttifaqının 14 üzv ölkəsi ilə hökumətlərarası komissiya, 2 üzv ölkəsi ilə işçi qrupu fəaliyyət göstərir. Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və readmissiya barədə iki saziş mövcuddur. Danışıqların bu pilləsində AzərbaycanAvropa Birliyi arasında yeni sazişın 4 əsas istiqamət üzrə: siyasi, təhlükəsizlik, ticarət və investisiya məsələləri üzrə ümumi razılaşmalar mövcuddur. Avropa Birliyi ilə sazişin digər bəndləri üzrə danışıqlar, ümumi müzakirələrin davam etdiyi və saziş imzalanması üçün xeyli məsafə qət edildiyi bir vaxtda Avropa Parlamentinin şərtlər irəli sürməsi Avropa Birliyinin özünü çətin durumla üz-üzə qoyur".

Ekspert hesab edir ki, şərtlər irəli sürülməsinə baxmayaraq yəqin ki, Avropa Birliyi sazişin imzalanması istiqamətində iş aparmaqda maraqlı olacaq.

VİP sədri Əliyev isə bildirdi ki, belə şərtlərin irəli sürülməsi yaranmış vəziyyətə münasibdir. Əgər biz Avropanın bir hissəsi olmaq istəyiriksə, Avropanın standartlarına uyğun yaşamalıyıq.

Standartlarsız isə bizi oralarda heç kəs gözləmir. Azərbaycan seçim etməlidir-ya çökən Rusiya, ya da standart təklif edən Qərb. Düşünmək üçün vaxt daralır. Son baş verənləri də seçim tərkibinə aid etmək olar. Belə təhdidlər ən ağlasığmaz şəkildə təzahür edə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar