Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsdəki siyasi fəallardan xəbər var


“İlkinin sağlıq durumu normaldır. Təcridxana rəhbərliyi ilə münasibətləri bir balaca pozulub. İlkində də günah var, o biri tərəfdə də”


Bu sözləri həbsdə olan NİDA üzvlərindən İlkin Rüstəmzadənin atası Bakir Rüstəmov “Yeni Müsavat”a bildirib.

Onun sözlərinə görə, bu gün İlkinlə görüşə bilməsə də, həbsxana rəisi ilə görüşüb: “Deyirlər, İlkinin saçını zorla qırxmayıblar. Su probleminə gəlincə, həbsxanada su problemi olmayıb. Üç rəislə görüşdüm. Mənə dedilər, “sənin evində də, mənim evimdə də, Bakıda da işıq sönüb, amma burada generator olub, işıq yanıb. İşıq və su problemimiz olmayıb. Məlumat nəyin əsasında yayıblar, o maraqlıdır?!”. İlkinin özü ilə görüşə bilmədim, amma rəis deyir, yaxşıdır”.

REAL sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova isə bildirib ki, Məmmədovun işi Şəki Apelyasiya Məhkəməsinə qaytarılıb:

“Sağlığı ilə bağlı hələ ki, şikayəti yoxdur. Hər şey normal qaydasında gedir. Sağlıq durumu yaxşıdır, özünü yaxşı hiss edir. Tək problem var, o da işin təkrar Şəki Apelyasiya Məhkəməsinə qaytarılmasıdır. Yəqin bu yaxınlarda İlqar təkrarən Şəkiyə köçürüləcək. Artıq üçüncü dəfədir. Uzaq yoldur. Aparılıb gətirilmək narahatlıq verir. Həm iş uzanır, həm özü üçün yol gedib qayıtmaq narahatlıqdır. Yerini dəyişir. Burada özünə yer tutub, dırnaqarası rahatlığını tapıb. Hər dəfə Şəkiyə gedib-gəlmək ailə üçün də böyük narahatlıqdır”.

Hazırda cəzasını Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisində çəkən AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi atası Məşğul Həziyev oğlunun vəziyyətindən razılıq edir: “Seymurun vəziyyəti normaldır, yaxşıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar