Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bütün Amerika 14 yaşlı azərbaycanlı Selcan haqda danışır


14 yaşlı Selcan Əhmədli bəzən həndəsə fənnindən çətinlik çəkir, amma Uest-Farqo Universitetinin gələcək ikinci kurs tələbəsi bunun öhdəsindən gəlir. Bu bacarıq ona Şimali Dakota Universitetində riyaziyyat müəllimi olan atası Azər Əhmədlidən keçib


Virtualaz.org xəbər verir ki, bu barədə “WDay-“ Amerika portalının azərbaycanlı riyaziyyatçılar ailəsinə həsr etdiyi reportajda bildirilir.

14 il ərzində S. Əhmədli artıq yerli universitetdə bir neçə riyaziyyat kursunun dinləyicisi olub. Mənbə yazır ki, qarşıdan gələn tədris ili ərzində, riyazi dərəcə almaq üçün bir neçə kurs da keçəcək.

İstedadlı qızın atası Azərbaycanın paytaxtı Bakıda doğulub və böyüyüb. Anası və əmiləri riyaziyyat müəllimləridir. Azər Əhmədov Sovet İttifaqı dağıldığı zaman Moskvada təhsil almağı planlaşdırılırdı, o, ABŞ-da yaşamağı heç xəyal da etməyib.

"Biz hamımız çətin vəziyyətdə yaşayırdıq və mən gələcəyim olmadığını düşündüm. Çalışmağımın gələcəkdə nəticə verəcəyinə inanmasam da, riyaziyyatla məşğul idim”, - deyə professor A. Əhmədov bildirib.

Onun sözlərinə görə, 1998-ci ildə Yel Universitetinin riyaziyyat kursuna qəbul olan beş xarici tələbədən biri olduqda çox şanslı olduğunu başa düşüb: “Biz bir çox çətinliklər yaşadıq, lakin onlarla mübarizə apardıq. ABŞ-da istedadlı insanları təşviq edir və onlara böyük imkanlar açırlar ", - Azər Əhmədov deyib.

Professor A. Əhmədov 19 ildir ABŞ-da riyaziyyat dərsi deyir. Uzun illər Kaliforniyanın Santa Barbara Universitetində müəllim və tədqiqatçı olub, sonra ailəsi ilə birlikdə Şimali Dakota`ya köçüb.

Selcan Əhmədli atasının arzularını reallaşdıracağına ümid edir. İstedadlı qız orta məktəbin altıncı sinif müəlliminin diqqətini cəlb edib. Riyaziyyat problemlərinin həllində sinif yoldaşlarından xeyli irəli getdiyini görüb. Bu müəllim qızın bütün sonrakı siniflərdən keçməsinə kömək edib və 13 yaşınadək orta məktəb riyaziyyat kursunu tamamlayıb.

S. Əhmədli Şimali Dakota Universitetinə qəbul edilib və riyaziyyat kursunu tamamlayıb. O da atası kimi Yel Universitetini seçmək istədiyini deyir.

“Biyokimyaçı, biofizik və riyaziyyatçı olmaq istəyirəm. Mən gələcəyimə əmin olmaq istəyirəm, amma yaxşı bir iş tapmaq və uğurlu bir karyera əldə etmək istəyirəm", -deyə S. Əhmədli bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar