Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənipərəst Markedonov Bakıdakı paradın yazdı – Bakı-Ankara bağlantısı…



Rusiya Dövlət Humanitar Universitetinin Xarici regionşünaslıq və siyasət kafedrasının dosenti, qafqazşünas alim Sergey Markedonov telegra.ph saytında Bakıdakı hərbi parad haqqında yazıb


Rusiya mətbuatında ermənipərəst mövqeyi ilə seçilən Sergey Markedonovun yazısı əslində İrəvanın siyasi dairələrində hökm sürən qorxu atmosferini təsvir etmək mənasını verir.Musavat.com həmin yazını kiçik ixtisarlarla təqdim edir.

“İyunun 26-da Bakıda Azərbaycan Silahlı qüvvələrinin 100 illiyi münasibətilə hərbi parad keçirilib. İndiki AzərbaycanAzərbaycan Demokratik Respublikası”nın varisi sayılır və birinci milli dövlətin irsinə müraciət ölkənin tarixi yaddaşının ayrılmaz tərkib hissəsi hesab olunur.

Lakin həmin parada təkcə simvolik hadisə kimi baxmaq azdır.

Birincisi bu həm Azərbaycanın artan hərbi qüdrətinin nümayişidir. Milli ordunun 4 min əsgəri, üstəlik 240 ədəd texnika, pilotsuz uçan aparatlar və digər texniki yeniliklər paradda nümayiş olundu. Bütün bunlar Bakının güclü hərbi potensiala malik olduğunu göstərmək üçün həyata keçirildi.

İkincisi, paradda Türkiyə Silahlı Qüvvələrinin xüsusi bölüyü iştirak edib.

Belə bir türk həmrəyliyinin məhz Rəcəp Tayyip Ərdoğanın və onun parityasının elektoral qələbələrindən sonra nümayiş olunmasına xüsusi diqqət etməliyik. Bakı-Ankara bağlantısı Türkiyənin Zaqafqaziyadakı xarici siyasi landşaftının ən vacib elementi sayılır.

Özünü Avropa Birliyi və NATO ilə yaxın müttəfiq hesab edən Gürcüstan rəhbərliyi də buna rəğmən Azərbaycan lideri ilə birlikdə Brüsellə gərgin münasibətlər yaşayan Türkiyə prezidentini tələsik şəkildə təbrik etdi. Ankara bununla bölgədəki öz rolunu ABŞ və AB-nin kiçik partnyoru olaraq deyil, müstəqil və böyük Avrasiya dövləti olaraq təsdiq etdirmək istəyir.

Ərdoğanın ritorikasındakı antiamerikanizm çalarları Rusiyanı cəzb etməməlidir. Bu Rusiyanın Zaqafqaziyada birinciliyini tanımaq anlamına gələ bilməz.

Üçüncüsü, Azərbaycan prezidenti öz çıxışında yenə də hərbi bəyanlara geniş yer verdi. Bir yandan o, beynəlxalq hüququn effektivliyinə şübhə ilə yanaşdığını göstərdi. Digər yandan isə “güc faktoru”nun əhəmiyyətindən, “dost ölkələrin yardımı ilə” silahlanmanın genişlənməsinin imkanlarından danışdı. Azərbaycan prezidenti yalnız Türkiyə ilə deyil, Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşları ilə hərbi-texniki əməkdaşlıq istəyini heç gizlətmədi də. Bu isə İrəvan üçün ciddi siqnal sayılmalıdır.

Bütün bunlar Azərbaycan rəhbərliyinin əldə etdiyi texniki yenilikləri “elə yerindəcə və dərhal” tətbiq etmək hazırlığını göstərirmi? Bu suala birmənalı cavab vermək çətindir.

Çünki Prezident İlham Əliyev sərt ritorika ilə rasional prqamatik siyasəti uzlaşdırmaq bacarığını dəfələrlə göstərib.


pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar