Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın qalibiyyəti Türkiyə və Yaxın Şərq üçün nə vəd edir?


Politoloq: “Bu seçkilərdə Türkiyənin yenidən Ərdoğanı seçməsi ölkənin güclənməsinə səbəb olacaq”


“Ərdoğanın hakimiyyətdə qalması Yaxın Şərq ölkələrinə böyük stimul verəcək və Yaxın Şərqdə daha çox müsəlman ölkələrinin mövqeləri güclənəcək”.

Bu sözləri politoloq Natiq Miri dünən Türkiyədə keçirilən prezident və parlament seçkilərininnəticələrini şərh edərkən PİA.AZ-a müsahibəsində qeyd edib.

Dünən Türkiyədə  prezident və parlament seçkiləri baş tutub. Prezidentliyinə hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “İYİ Parti”dən Meral Akşener, Səadət Partiyasından Temel Karamollaoğlu, Cümhuriyyət Xalq Partiyasından Muharrem İnce, Vətən Partiyasından Doğu Perinçek, Ədalət Partiyasından Vecdet Öz və Xalqların Demokratik Partiyasından Səlahəddin Dəmirtaşın namizədliyi irəli sürülüb.

Seçkilərdə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib. Bu  seçkidən sonra Türkiyədə parlamentar sistemin sonuna gəlinib. 16 aprel 2017-ci ildə keçirilən konstitusiya dəyişikliyi referendumunda Türkiyənin prezident üsulu ilə idarə edilməsi qərarlaşdırılıb. 24 iyundakı seçkidən sonra Türkiyə  tamamilə prezident üsul-idarəsinə keçib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gecə saatlarında ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində qazanılan qələbə münasibəti ilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı Mərkəzi Qərargahının eyvanından qələbə nitqi ilə çıxış edib.

Seçkilərin azad, ədalətli və şəffaf təşkil olunduğunu bildirən Ərdoğan qələbə münasibətilə  bütün partiyadaşlarına, eləcə də Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçalı başda olmaqla bütün MHP mənsublarına minnətdarlıq edib və qarşıda duran vəzifələrdən danışıb. O, həmçinin xalqın yüksək seçki fəallığı ilə bütün dünyaya demokratiya dərsi verdiyini də vurğulayıb.

Onu da qeyd edək ki, seçkilərdə 56 milyon 352 min 652 nəfər seçici iştirak edib.

Image result for natiq miri

Natiq Miri: “Türkiyə  öz dövləti ilə yanaşı, bütün İslam dünyası və dünya çapında əzilən hər bir müsəlmanın səsi olmağa çalışır”.


Türkiyənin aqibətinin  bundan sonrakı dönəmi ilə bağlı PİA.AZ Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə olan müsahibəni oxucularına təqdim edir:

-Dünən keçirilən və əslində yeni bir dönəmin başlanğıcı olan prezident seçkilərindən sonra Türkiyənin daxili və xarici siyasətində hansısa dəyişikliklərin və yeniliklərin olması mümkündürmü? 

- Əslində prezident seçkilərindən xeyli öncə Türkiyənin strateji siyasəti məhz dövlət başçısı Ərdoğan tərəfindən müəyyən olunmuşdu. Eyni zamanda Türkiyə artıq hansısa ittifaqdakı mərkəzlərin fikirləri ilə deyil, müstəqil qaydada öz geosiyasi maraqları kontekstində addım atır. Paralel olaraq, Türkiyənin təhlükəsizliyini təmin etmək üçün çox ciddi şəkildə anti-terror mübarizəsi aparılır. Bu mübarizə fonunda PKK terrorçularının həm Türkiyə, həm də Türkiyənin xairicindəki bölgələrdə tamamilə itirilməsi siyasəti yürüdülür. Fikrimcə, bu siyasətin davamı olaraq növbəti  5 ildə proses davam etdiriləcək. 

Hesab edirəm ki, bu seçkilərdə də Türkiyənin Ərdoğanı seçməsi ölkənin güclənməsinə səbəb olacaq.  Həmçinin təkcə Türkiyənin deyil, bütünlükdə İslam dünyasının bir qələbəsi olaraq dəyərləndirilməlidir. Çünki Türkiyə  öz dövləti ilə yanaşı, bütün İslam dünyası və dünya çapında əzilən hər bir müsəlmanın səsi olmağa çalışır. Eyni zamanda Türkiyənin xarici siyasətində daha çox müsəlman ölkələri ilə isti münasibətlərin qurulmasına  və bütövlükdə İslam dünyasının birliyi konstektində siyasətin aparılmasına üstünlük veriləcək. Əslində bu addım müsbət haldır və İslam ümmətinin birləşməsinə,  güclənməsinə rəvac verə bilər. Bu proses İslam dünyası arasında mövcud olan çatışmaların tədricən aradan qaldırılmasına səbəb ola bilər. Təbii ki, bu kontekstdə Fələstinin haqqları regionda və beynəlxalq səviyyədə ciddi şəkildə müdafiə  olunacaq. 

Eyni zamanda Türkiyənin aktiv siyasəti nəticəsində  İslam dünyasına qarşı başladılan Xaçlı yürüşünün də qarşısı alınacaq.  Yaxın 5 ildə Türkiyə ilə digər müsəlman ölkələri arasında olan iqtisadi-ticari münasibətlər çox sürətlə genişlənəcək. Bu  irəliləyiş bütövlükdə müsəlman dövlətlərinə müəyyən üstünlük qazandıracaq. Hər bir halda indiki seçkilərdə Türkiyə və İslam ümməti qazanacaq. 


Natiq Miri: “Ərdoğan bundan sonrakı dönəmdə xalqdan aldığı mesajla daha çox qucaqlayıcı siyasət yürüdəcək”.


-Ərdoğan və partiyasının qələbəsini mütləq qələbə adlandırmaq olarmı və bu seçkilər Ərdoğanı bir qədər fərqli spektrdə daxili siyasət yürütməyə sövq edə bilər?

-Prezident seçkilərində MHP-nin də dəstəyini almaqla, Ərdoğan toplumun yarısından çoxunun səsini almış oldu.  Əslində digər bir məsələni də məhz bu seçki ilə müqayisə etmək olar. Xatırlayırsınızsa, Türkiyədə bir referendum keçirilmişdi və bu referendumda səslərin 50%-dən bir qədər artıq hissəsini Ərdoğan və MHP ittifaqı qazanmışdı. Bu fakt onu göstərir ki, referendumda qazanılan səs nisbətinin üzərinə 4.5 milyon səs əlavə olunub. Əslində  Türkiyədə toplum bu şəkildə parçalanmış vəziyyətdədir. Belə ki, kürdlərin partiyasını dəstəkləyən kütlə hardasa 5 milyona yaxın səs alıb. Həmçinin  Cümhuriyyət Partiyasının 22-25%-lik səsi  var ki, bu kütlə çərçivəsində 2-3% səs itirdiyi görünür. 

Lakin bütövlükdə dəyişən heç nə yoxdur. Bu baxımdan Ərdoğanın qələbəsini tam qələbə hesab etmək olar. Fikrimcə, Ərdoğan bundan sonrakı dönəmdə xalqdan aldığı mesajla daha çox qucaqlayıcı siyasət yürüdəcək. Çünki  yalnız qucaqlayıcı siyasətlə Türkiyə toplumunu birləşdirmək mümkündür. Bu siyasət təkcə Türkiyə daxilində deyil, bütövlükdə müsəlman dünyasında da həyata keçiriləcək. Nəticədə isə İslam dünyasını xaçlılara qarşı bir yumruq kimi formalaşdırmaq mümkün olacaq. Ona görə də Türkiyədə qucaqlayıcı siyasətin alternativini görmürəm.

- Hesab edirsinizmi ki, Ərdoğanın qələbəsi həm Türkiyədə, həm də Yaxın Şərqdə sabitlik faktoruna çevrilə bilər, ya da əksinə  bu qələbə həm Türkiyə daxilində, həm də Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb ola bilər?

-Məlumdur ki,  Yaxın Şərqdə ABŞ və İsrailin təhriki ilə böyük bir “Yaxın Şərq” planı həyata keçirilir. Ərəb dünyasından olan xəyanətkar Səudiyyə Ərəbistanı, Misir  və BƏƏ kimi ölkələr də həmin planın tərkib hissəsi kimi fəaliyyət göstərirlər.  Bu baxımdan düşünürəm ki,  Ərdoğanın qalib gəlməsi Yaxın Şərq ölkələrinə böyük stimul verəcək və Yaxın Şərqdə daha çox müsəlman ölkələrinin mövqeləri güclənəcək. Bu isə Fələstin məsələsi və Yaxın Şərq siyasətində xəyanətkar planın qarşısını alacaq. 
Onu da qeyd edim ki, bu plan çərçivəsində həm də İrana qarşı böyük bir savaşın başladılması dayanıb. Hesab edirəm ki, Ərdoğanın qalibiyyəti  bu savaşın da qarşısını alacaq.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar