Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ASAN E-gov modeli Cənubi Koreyada təqdim olunub


Mayın 21-25-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Cənubi Koreya Respublikasının Seul şəhərində “Elektron Hökumət sahəsində Siyasi İdarəetmə” mövzusu üzrə təşkil olunmuş proqramda iştirak edib


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, proqramda iştirak üçün Cənubi Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyi ilə Anlaşma Memorandumu imzalamış və elektron hökumət sahəsində əməkdaşlıq tələb edən 47 ölkə arasından seçilmiş cəmi 10 ölkənin dövlət qulluqçuları dəvət alıblar.

Proqramda iştirak etməkdə əsas məqsəd elektron hökumət sahəsində Cənubi Koreya təcrübəsinin araşdırılması, habelə Azərbaycanda elektron hökumətin inkişafı, “ASAN xidmət”in fəaliyyəti barədə iştirakçılara, Koreya Respublikasının bir sıra dövlət və özəl şirkətlərinin nümayəndələrinə ətraflı məlumat vermək və təcrübə mübadiləsi həyata keçirmək olub.

Cənubi Koreya Respublikasının daxili işlər və təhlükəsizlik nazirinin müavini Shim Bo-kyun, nazirliyin E-hökumət Bürosunun baş direktoru Yoonkee Chung və digər rəsmilər “dəyirmi masa” ətrafında fikir mübadiləsi zamanı e-hökumət sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.

Tədbirdə Dövlət Agentliyinin nümayəndə heyəti tərəfindən Azərbaycanda dövlət xidmətlərinin innovativ formada həyata keçirilməsində “ASAN xidmət”in rolu və təcrübəsi, həmçinin elektron idarəetmə sahəsində mövcud vəziyyət barədə geniş təqdimat edilib.

Bundan başqa, proqram çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib. Koreya Respublikasının bir sıra aparıcı dövlət qurumlarının, özəl təşkilat və müəssisələrin, habelə Belarus, Tunis, Özbəkistan, Honduras, Uqanda, Efiopiya, Kamboca və digər ölkələrin nümayəndələri Azərbaycanın dövlət xidmətləri, e-hökumət, e-xidmətlər sahəsindəki təcrübələrini maraqla qarşılayıb, gələcək əməkdaşlıq perspektivləri ilə bağlı bir sıra təkliflər irəli sürüblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar