Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İsrail üçün dinamik inkişaf edən Azərbaycanla münasibətlər xüsusi dəyər kəsb edir”

İsrail üçün dinamik inkişaf edən, proqressiv və açıq müsəlman ölkəsi Azərbaycanla münasibətlər xüsusi dəyər kəsb edir


Bunu stmegi.com portalına müsahibəsində İsrailin keçmiş baş naziri və müdafiə naziri Ehud Barak deyib.

Barak bildirib: “Fikrimcə, iki ölkə minillik tarix, sülh və sabitlik axtarışına yönəldilmiş böyük ənənələrə malik müasir, gənc millətlərdir. Biz müdafiə və hər iki tərəfə xeyir gətirən təhlükəsizlik kimi sahələrdə qarşılıqlı fəaliyyəti və əməkdaşlığı inkişaf etdirdik. Bir sözlə, bir çox digər sahələrdə də tərəfimizdən vacib addımlar atılıb”.

Barak qeyd edib ki, İsrail Azərbaycanla xalqın ümumilli lideri Heydər Əliyevin rəhbərliyi altında aparılan açıq dialoqa böyük dəyər verir: “Və təbii ki, biz çoxhörmətli Azərbaycan Prezidenti İlham Əliyevlə işləməyə də çox şadıq”.

Sabiq nazir qeyd edib ki, ölkələr artıq bir çox sahələrdə əməkdaşlıq edir və İsrailin mütərəqqi və səmərəli fəaliyyət göstərən aqrar sistemlərinin tətbiq etdiyi kənd təsərüffatı sahəsi də əməkdaşlıq üçün perspektiv sahə ola biləcəyində əminlik ifadə edib: “Əməkdaşlıq üçün digər sahə Azərbaycanın neft, qaz, boru xəttləri kimi məsələlərdə onilliklər boyu təcrübəsi olan energetika sahəsi ola bilər. İsrail bu sahədə təcrübəsizdir və Azərbaycandan çox şeyi oyrənə bilər”.

Hərbi sahədə əməkdaşlığa gəlincə Barak deyib ki, bu gün Azərbaycan-İsrail hərbi əməkdaşlığı çox fəal inkişaf edir: “Rəsmi Bakı İsraildən dron və zirehli texnika, elektron kəşfiyyat avadanlığı, tank əleyhinə raketlər, zenit və bir çox başqa müasir silah növlərini alır. Bu silahlardan bir neçəsi döyüş şəraitində uğurla istifadə olunub”.(trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar