Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BŞİH: “Yeni merin kimliyini hamımız biləcəyik”


Prezidentin sərəncamları ilə Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənəndən sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısız qalıb


Prezident lham Əliyevin aprelin 21-də imzaladığı sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunub. 

Hazırda meriyada başçı və bir müavin postu boşdur. Qanunvericiliyə uyğun olaraq, başçı təyin olunanandək mer vəzifəsinin səlahiyyətilərini müavin Fidumə Hüseynova icra edir.

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov bir müddət əvvəl - 20 iyul 2017-ci ildə vəfat edib və bu günə kimi onun yerinə təyinat olmayıb.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan F.Hüseynova xanım 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır.

Merin kimliyi isə hamının marağını özünə cəlb edib. Əksəriyyət bu postda görmək istədiyi şəxslərin adını sadalamaqla fərqli müzakirələr açır.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova Modern.az-a açıqlamasında hələlik qurumun da gözləmə mövqeyində olduğunu vurğulayıb:

“Bütün diqqətimiz cənab Prezidentə yönəlib. Onun imzalayacağı sərəncamı gözləyirik. Bizdə yeni başçının kim olacağına dair hər hansı təsəvvür yoxdur. Hər halda, yeni merimizin kimliyini hamımız birlikdə biləcəyik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar