Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslahatlar yoxsa sabitlik?.. Ya da ikisi birində..


Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsinin ana xəttini Sabitlik Çərçivəsində İslahatların Aparılması təşkil edirdi. Prezident İlham Əliyev tərəfindən şənbə günü formalaşdırılan yeni hökümətin də məhz sabitlik çərçivəsində islahatların aparılmasına hesablandığı görünməkdədir.


Yeni seçilmiş prezident İlham Əliyevin inaqurasiya mərasimindən sonra yenidən formalaşdırılacaq hökümət ölkədə hər kəsin maraq dairəsində idi. Hələ seçkilərdən əvvəl bəzi skeptiklər pozulan balansdan və yeni yaranacaq hökümətdə balansın tamamilə pozulacağından danışırdı. Şənbə günü elan olunan yeni hökümət demək olar ki, bu iddiaların üstünə su səpdi. Və daşlar yerində oturdu... 

Yəni fikrimizcə, şənbə günü hakimiyyət daxilində pozulmuş, ya da pozulmaq üzrə olan balans bərpa edildi və hətta bu balans daha möhkəmləndirildi. Yeni düzülüş iqtidar elitasında normal düşüncənin hakimiyyət iddialarına qalib gəldiyindən xəbır verdi. Eyni zamanda hakim elitanın tam konsesus içində olduğunu, gözlənilən və hətta seçkidən əvvəl bəzi çevrələr tərəfindən arzu olunan və prqonozlaşdırılan parçalanmanın baş vermədiyini, əksinə istebleşmentin növbəti dəfə vahid platformada birləşdiyini göstərdi. İndi sözügedən birləşmə daha çox siyasi və həyati maraqlar üzərində formalaşmaqdadır və hazırki hakimiyyətdaxili balans daha dəqiq tarazlaşdırılmış koalisiya olaraq görünməkdədir. 

Əslində hakimiyyətdaxili konsesusun əldə edildiyi və daha möhkəm bir koalisyanın yaradıldığı Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin hökümətin təşkil olunmasından bir neçə gün əvvəl təqdim etdiyi “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsində göstərilmişdi. Həmin məqalənin ana xəttini Sabitlik Çərçivəsində İslahatların Aparılması təşkil edirdi.

Bu tezis hazırda Azərbaycan dövlətinin bir nömrəli ideoloqu olan akademik Ramiz Mehdiyevin adı keçən məqaləsinin əsas məzmunu idi və prezident tərəfindən şənbə günü formalaşdırılan hökümətin də məhz sabitlik çərçivəsində islahatların aparılmasına hesablandığı görünməkdədir. Hökümətin tərkibində formal olaraq yer alan bir neçə baş nazir müavini (məsələn, Hacıbala Abutalıbov) çıxmaq şərtilə demək olar ki, yeni kabinet daha çevik və daha peşəkar kadrlardan formalqşdırılıb və əvvəlkilərdən fərqli olaraq bu komandada doğrudan islahatlar aparmaq üçün potensial var. Söhbət təbii ki,  sabitlik çərçivəsində aparılacaq olan və hakimiyyətin sistem dəyərlərini dağıtmayacaq islahatlardan gedir. PA rəhbəri Ramiz Mehdiyevin yuxarıda bəhs edilən məqaləsindəki bütün tezis və məqsədləri yeni kabinetin həyata keçirməsi mümkündür. Bu da onu göstərir ki, hakimiyyətin doğrudan da tam bir orqanizm kimi fəaliyyət göstərməsi mümkün olacaq.  

Yeni kabinetin ən sürpriz ismi təbii ki, baş nazir Novruz Məmmədovdur. Novruz Məmmədovun baş nazir olaraq seçilməsi həm də onu isbat edir ki, hakimiyyət qarşıdakı bir neçə ildə sabitliyin təminat altına alındığı iqtisadi və siyasi islahatları həyata keçirmək istəyir. Təbii ki, bu islahatların reallaşdırılması Artur Rasizadə kabinetində imkansız idi. Çünki Rasizadə kabineti həyatla ölüm arasında, daha doğrusu, koma vəziyyətində olan bir kabinet idi və son on ildə ayrı-ayrı nazirləri və təbii ki, prezidenti çıxmaq şərti ilə cəmiyyətə heç bir müsbət impuls ötürmürdü. Müsbət impulslar ötürməməsi ilə yanaşı, Rasizadənin kabineti əsasən cəmiyyətə ölüm yatağında uzanan və heç bir perspektiv siqnallar verməyən bir hökümət obrazı ortaya qoymuşdu və belə demək mümkünsə, bu kabinet insanlara ümid verməkdən daha çox ümid öldürməklə məşğul idi.

Lakin Novruz Məmmədovun hökümət başına gətirilməsi bir neçə cəhətdən sürpriz oldu və hər şeydən əvvəl bu təyinat cəmiyyətə çoxlu müsbət impulslar ötürdü. Artur Rasizadədən fərqli olaraq Novruz Məmmədov canlı və dinamik, eyni zamanda düşüncə və məqsədləri gələcəyə fokuslanan bir baş nazir olaraq görünür. N. Məmmədovun Prezident Adminstarsiyasında uzun illər boyu göstərdiyi fəaliyyət də onu deməyə əsas verir ki, bu adam peşəkar siyasətçi və eyni zamanda siyasi texnoloq olmaqla yanaşı, müasir dövrün tələblərini bilən və həmin tələblərə antiqonist baxışlarla yanaşmayan, realist dünyagörüşü olan və inkişafa çəpər olmaq istəməyən fiqurdur. Bəzi cəhətlərinə və klassik Azərbaycan standartlarına görə Novruz Məmmədovu hətta texnokrat baş nazir də adlandırmaq olar. 

Təbii ki, yeni kabinetin işinə ancaq bir neçə aydan sonra qiymət vermək mümkün olacaq. Ancaq etiraf etməliyik ki, heç də iqtisadi sahədən kənar və birbaşa beynəlxalq siyasətlə məşğul olan birinin baş nazir vəzifəsinə gətirilməsi doğrudan sürpriz bir təyinatdır. Çünki Azərbaycanda siyasi və güc nazirlikləri birbaşa prezidentə tabedir və baş nazirin əsas işi iqtisadi sahəni idarə etməkdi. (Artur Rasizadə bu idarəçiliyi də həyata keçirmirdi). Novruz Məmmədovun baş nazir təyinatı alması həm də onu göstərir ki, çoxlarının gözləntilərinin əksinə olaraq, Azərbaycanda baş nazirlik institutu real fəaliyyətdə olacaq və islahatların keçirilməsində əsas rola üstlənəcək. Hətta təkcə iqtisadi islahatların deyil, eyni zamanda siyasi islahatların da..

Azər QARAMANLI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar