Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FED rəhbərinin açıqlamaları dolları bahalaşdırıb


ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauelin (Jerome Powell) Senat və Konqressdəki bugünkü çıxışının mətni açıqlanıb


“Report”, “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, açıqlamalarda C.Pauel ABŞ iqtisadiyyatının güclü olduğunu və uçot dərəcəsinin mərhələli şəkildə artırılacağını bildirib.

O, həmçinin, maliyyə bazarlarında volatilliyə baxmayaraq mövcud şərtlərin faizlərin artmasına dəstək verdiyini bildirib. FED rəhbəri Federal Açıq Bazar Komitəsinin (FOMC) maliyyə bazarlarında riskləri tarazlıq vəziyyətində qiymətləndirdiyini də bildirib.

C.Pauel müsbət işgüzar əhval-ruhiyyənin investisiyaları artıracağını, xarici tələbin güclü olduğunu və büdcə-vergi siyasətinin daha da stimullaşdırıcı olmağa başladığını qeyd edib. Onun sözlərinə görə, əmək bazarının güclənməsi, ev təsərrüfatlarının gəlirlərinin artmasına, məcmu xərclərin yüksəlməsinə səbəb olur.

Maliyyə bazarları FED rəhbərinin çıxışını dolların məzənnəsi baxımından müsbət qiymətləndirib. Amerika valyutası bahalaşmağa başlayıb. Əsas valyuta cütlüyü olan USD/EUR nisbəti 1,23-dən aşağı düşüb. “Report”un analitik qrupu USD/EUR cütlüyünün il ərzində 1,20-1,26 diapazonunda dəyişəcəyini ehtimal edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar