Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə antiamerikanizmin güclənməsi Ağ Evi yumşalmaya sövq edir


Sərdar TURQUT


“Habertürk”ün Vaşinqton təmsilçisi, 10 fevral 2018-ci il

Hakimiyyətin üst səviyyəsilə son dərəcə həssas görüşmə prosesinə girildiyi bir vaxtda Türkiyə-ABŞ münasibətləri haqqında Vaşinqtonda dilə gətirilən həssas nöqtələrin də bilinməsi lazımdır.

Afrin əməliyyatı başlanana qədər hakimiyyətin hər səviyyəsində Türkiyəyə yönəlik aqressiv mövqe tutan Vaşinqtonda əməliyyatın başlamasından sonra, nisbətən də olsa, bir yumşalma görünür. Burada məsələləri bilən bəzi mütəxəssislər bunu ABŞ-ın qısamüddətli maraqları üzündən uzunmüddətli və daha çox önəmli olan maraqlarını təhlükəyə atmağa başlaya biləcəyini görməyə başlamasına və Türkiyənin önəmi məsələsilə əlaqədar hakimiyyətdə yenidən aparılmağa başlanılan dəyərləndirməyə bağlayırlar.

Hakimiyyətin müxtəlif səviyyələrindən olan mənbələrlə apardığım danışıqlar onun iki başlıca məsələdə həssas olduğunu göstərir:

1. ABŞ hakimiyyəti Türkiyədə getdikcə artan antiamerikanizmdən – ABŞ əleyhinə duyğuların güclənməsindən çox narahatdır.

2. NATO-nun iki önəmli üzvünün meydanda hərbi sahədə qarşı-qarşıya gəlməsi ehtimalı da Vaşinqtonda böyük problem, xoşagəlməz durum yaradır. Bununla əlaqədar olaraq Vaşinqton, Türkiyənin ABŞ-la münasibətlərini əməlli-başlı qopardaraq, Rusiya ilə əlaqələrini daha da gücləndirməsi ehtimalından çox narahatdır.

Hakimiyyətin bəzi qurumlarından son günlərdə edilən bu cür açıqlamaların da bu əndişə və narahatlıqlardan qaynaqlandığı bildirilir:

– Türkiyə ilə kifayət qədər empatik münasibətlər qurmadıq və onların YPG/PKK həssaslıqlarını kifayət qədər anlaya bilmədik;

– müttəfiqimiz Türkiyə bizə haqlı olaraq əsəbiləşib.

YPG-lilərə “Sizin üçün müttəfiqimiz Türkiyə ilə qaynar bir toqquşmada qarşı-qarşıya gəlmək istəmərik” də deyilib.

Sadəcə bir ay öncə burada belə şeylər eşidəcəyimi söyləsəydiniz, “Yaxşı görək, artıq burada bunlar eşidilə bilməz” deyərdim. Türkiyəyə qarşı yönəlik olan sərt mövqelər, hardasa, zirvəyə qalxmışdı və iki ölkə arasındakı münasibətlər sanki uçurumdan sərbəst enişə keçmiş durumdaydı.

Bunda, amerikalıların dediyi kimi, Türkiyədən heç durmadan verilən açıqlamaların və göstərilən mövqelərin da payı olmuş ola bilər, amma bu durumun inkişafında ABŞ-ın payının böyük olduğu mübahisəsizdir.

Yenə Senat

İndi Vaşinqton bu özünütənqidi başlayıb və iki ölkə arasındakı münasibətlərin tamamən qopması təhlükəsini görərək, yenidən düşünmə prosesinə girib.

Təbii, bu durum münasibətlərin həmən çox gözəl olacağı anlamına gəlmir. İki ölkə arasında həll edilməsi çətin, bəlkə də bu anda imkansız görünən problemlər, təbii ki, davam edir, ancaq ABŞ hər halda danışıb-anlaşma qapısını mütləq açıq buraxmaq istəyir.

Ən son olaraq bu mövqeni çərşənbədən cümə axşamına açılan sabaha qarşı, Türkiyə saatı ilə 04.00-da başa çatan Senatın Xarici əlaqələr komitəsinin qapalı sessiyasında gördük. Sessiyanı ancaq gizli məlumatlara girişi olanlar izləyə bilirdi.

Hərçənd, komitənin çağırdığı şahidlər arasında Maliyyə nazirliyindən də adamların olması, bizim – milli təhlükəsizlik jurnalistlərinin baxımından yetərli məlumatı vermişdi. Daha sonra, uzun illər ərzində Konqresdə Türkiyə kəşfiyyatından məsul olan bir şəxslə keçirdiyim görüşdə aldığım gizli məlumatı təsdiq etdim.

Bu qapalı sessiyada senatorlar Türkiyəyə diplomatik təzyiq etmək üçün iqtisadi məsələləri də müzakirə etmişlər. Mən bunları dünən yazsam da, bu gün işin başqa bir tərəfini açıqlamalıyam.

Yeni təhdidlər

Senatorlar kritik olduğunu düşündükləri bugünkü mərhələdə hakimiyyətin əlinə yeni bir təzyiq silahı vermək istəyirlər, amma bunun türk xalqındakı mövcud antiamerika duyğularını daha da gücləndirəcəyindən də əndişə edirlər.

Bunun həlli yolu olacağına inandıqları belə bir formul üzərində dururlar: təzyiq təhdidi, təbii ki, hakimiyyətin əlində tutulsun, amma bunlar türk xalqına birbaşa zərər verəcək ümumi iqtisadi sanksiyalar olmasın. Məqsədləri “seçilmiş hədəflər”dir.

Yekun olaraq

Deyəcəyim budur ki, bəli, ABŞ-ın bizlərə son dərəcə zidd olan davranışları, təbii ki, oldu. İki ölkə arasındakı münasibətlər, təəssüf ki, bərbad durumdadır. Amma bunu da unutmayaq: Vaşinqtonda bəzi insanlar yenə də danışıb anlaşmaq üçün qapını açıq tutmağa çalışır. Nə edildisə bunlar hakimiyyətin ABŞ-ın milli maraqları naminə həyata keçirdiyini düşündüyü qısamüddətli planları səbəbilə oldu, yoxsa Vaşinqtonda Türkiyə əleyhdarlığı kimi qurumsal bir problem yoxdur.

Buna mən də inanıram. ABŞ üçün öz milli maraqlarından başqa heç bir şeyin önəmi yoxdur və bu mərhələdə onların milli maraqları Türkiyə ilə münasibətlərin tamamən qoparılmasına qarşıdır. Bu, bizim əlimizə bir diplomatik güc də verməkdədir. Ümid edirəm ki, başlayan bu həssas görüşmə prosesində hisslərə qapılmadan Türkiyənin maraqları üçün ən yaxşı olan diplomatik nəticələri alacağıq. (strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar