Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Böyük güclər Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlı deyillər”


“Seçkinin sakit, kataklizmlərsiz və hakimiyyətin xeyrinə keçəcəyini şərtləndirən bir sıra səbəblər var”


Prezident seçkilərinin sabit, gərginliklər yaşanmadan keçəcəyi proqnozları verilməkdədir. 

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, seçkinin sakit, kataklizmlərsiz və hakimiyyətin xeyrinə keçəcəyini şərtləndirən bir sıra səbəblər var.

Belə ki, ölkədə 2008-ci və 2013-cü illərdə keçirilən prezident seçkiləri ərəfəsindəki vəziyyətlə müqayisədə hazırkı durumda bir çox amillərin mövcudluğu qarşıdan gələn prezident seçkilərinin daha rəvan keçəcəyi qənaətinə gəlməyə əsas verir: “Bu amillərə misal olaraq ilk növbədə Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxarılmasına istiqamətlənmiş layihələrə qoyulan investisiyaların həcmini və bu layihələrin həyata keçməsi üçün regionda sabitlikdə maraqlı olan beynəlxalq güclərin mövcudluğunu göstərə bilərik. Bu güclər hazırkı iqtidarı bölgədə sabitliyin və başladılmış layihələrin həyata keçməsinin qarantı olaraq görürlər. Eyni zamanda bu güclər müxalif düşərgədə özünün maraqlarını təmin edəcək və hakimiyyətə alternativ ola biləcək qüvvə görmədiyi səbəbi ilə təbii ki, Azərbaycanda hakimiyyət dəyişikliyində də  maraqlı deyillər. Digər tərəfdən hakimiyyətə iddialı olan müxalif düşərgədəki pərakəndəlik, bir-birini qəbul etməmə və müxalifətin enerjisinin əhəmiyyətli hissəsini hakimiyyətə gəlməkdən daha çox qarşılıqlı ittihamlara sərf etməsi də hazırkı iqtidarın seçkilərdə asan qələbə qazanacağını şərtləndirən amillərdəndir”.

Bununla yanaşı Arzuxan Əlizadə hesab edir ki, hadisələrin fors-major halında gözlənilməz istiqamət alması da istisna deyil: “Seçkilərə hələ doqquz aya yaxın bir zaman kəsiyi var və hazırda sürətlə dəyişən dünya düzənində hadisələrin fərqli məcraya istiqamətlənməsi də istisna edilməməlidir. Həmçinin, onu da nəzərə alsaq ki, ölkədə narazı elektoratın sayı da az deyil. Bu amil də seçki ərəfəsində müəyyən çətinliklərin olacağı ehtimalını yarada bilər. Lakin istənilən halda ölkədə sabitliyin qorunub saxlanması ən ümdə məsələdir və istər iqtidar, istərsə də müxalifət mənsubları ilk növbədə buna önəm verməlidirlər”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar