Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Almaniya Federativ Respublikasının keçmiş kansleri Gerhard Şröderi qəbul edib
Trend-in məlumatına görə, görüşdə Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlərin inkişafı, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, müxtəlif sahələrdə əməkdaşlığımızın genişləndirilməsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının rolu vurğulanıb.