Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jirinovski ukraynalıya hücum çəkdi: “Əclaflar, yaramazlar...” - Video

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri, prezidentliyə namizəd Vladimir Jirinovski “Rossia Today” telekanalının “60 dəqiqə” tok-şousunda canlı yayım zamanı özündən çıxıb və ukraynalı politoloqa hücum çəki


Tok-şouda ABŞ-ın Ukraynana silah verməsi məsələsi müzakirə olunurdu. Ukraynalı politoloq Vadim Tryuxan Jirinovskinin atmacalarına reaksiya vermək istəməyib, onun studiyada sirk düzəltdiyini deyib. 

Sonra o, siyasətçiyə ukraynalıları hədələməməyi məsləhət görüb. Bundan sonra Jirinovski politoloqun üzərinə yeriyib.

“Təhdid edəcəyik! Sizi güllələyəcəyik, əclaflar və yaramazlar”-siyasətçi qışqırıb. Liberal-demokrat prezidentliyə iddiaçı bildirib ki, Ukrayna Donbassda öldürülən hər adama görə cavab verməli olacaq. O, qışqırıb və Tryuxinin studiyadan “rədd olub getməli olduğunu” deyib. Aparıcı Jirinovskini sakitləşdirməyə çalışıb, onun prezident seçkilərinə qatıldığını xatırladıb. Lakin siyasətçi qışqırmaqda və Tryuxini söyməkdə davam edib. Münaqişə sakitləşib, ancaq Tryuxin hər halda studiyanı tərk edib. Bu vaxt LDPR lideri onun arxasınca atmaca atıb: “Vağzala getmə, Tryuxin, səni orada həbs edəcəklər!”.

“60 dəqiqə” tok-şousu 2016-cı il sentyabrın 1-dən efirə çıxır. Onu ər-arvad Olqa Skabeyeva və Yevgeni Popov aparırlar. Tok-şouda adətən Amerika və Ukraynaya qarşı təbliğat aparılır, obyektivlik görüntüsü yaratmaq üçün həmişə studiyaya amerikalı və ukraynalı politoloqlar da çağırırlar. Rusiya telekanalının tok-şousunda iştirak etməyə razılaşan amerikalı və ukraynalı politoloqlar üçün qonorar ödənilir, onlara ayda 1 milyon rubla qədər pul verirlər.(Virtualaz.org)


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar