Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən yaxşı turizm istiqamətləri məlum oldu


Dünyanın ən iri turizm portallarından sayılan “TripAdvisor” dünyanın ən yaxşı turizm istiqamətləri ilə bağlı reytinqin qaliblərini açıqlayıb


Oxu.Az bu barədə “Daily Mail”ə istinadən xəbər verir.

Birinci yerdə Yaponiyanın o qədər də tanınmayan İsiqaki adası gəlir. Həmin ada “Top Destinations on the Rise” nominasiyası üzrə turistlər arasında ilin seçimi olub. İsiqaki füsunkar ağ çimərlikləri və sualtı qayaların zəngin fauna və florası ilə tanınır. Adıçəkilən ada, eyni zamanda, sörfinq, dayvinq və snorklinq üçün ən münasib məkanlardan hesab olunur. Adanın əsas incilərindən sayılan Manqrov meşələri və dağının yaratdığı füsunkar landşaft İsiqakidə istirahətin daha möhtəşəm keçəcəyini vəd edir.  

Reytinq cədvəlinə görə, ikinci yerdə Havay adalarında yerləşən Kapa kurortu gəlir. Kapa avarçəkmə və su xizəyi ilə məşğul olmağı sevənlər arasında kifayət qədər populyar məkanlardan sayılır.

Üçüncü yerdə isə Keniyanın paytaxtı Nayrobi qərarlaşıb. Adıçəkilən şəhər Afrikada safari üçün ən yaxşı məkanlardan hesab olunur. Turistlərə burada şəhərin gecə həyatı ilə tanış olmaq, Afrikanın izdihamlı bazarlarına və saysız-hesabsız ekzotik heyvanları olan bir neçə milli parka baş çəkmək imkanı yaradılır.

Bundan başqa, reytinqin ilk onluğunda Kanada, Polşa, Kosta-Rika, Latviya, Xorvatiya, İspaniya və Mərakeş kimi ölkələrin adları hallanır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar