Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtobusla piyadanı vurub öldürən sürücü tutuldu


Ötən il sərnişin avtobusu ilə piyadanı vurub qaçan sürücü saxlanılıb


Piyadanın ölümü ilə nəticələnən hadisə ötən ilin dekabrın 30-da gecə saatlarında paytaxtın Qaradağ rayonunda baş verib. Polisə məlumat daxil olub ki, Lökbatan-Xocahəsən yolunda Bakı şəhər sakini Qiyas Abbasovu naməlum avtomobil vurub. Hadisə yerinə gələn polis müəyyən edib ki, piyada elə hadisə yerindəcə ölüb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən 206 saylı xətt marşrutu ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü Əlipənah Mehrəliyev saxlanılıb.

Qeyd edək ki, hadisədən sonra sürücü izi itirmək məqsədi ilə avtobusun qırılan alın şüşəsini və nəqliyyat vasitəsinin qabaq işıqlarını təmir etdirmək istəyən zaman polislər tərəfindən tutulub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. (xezerxeber.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar