Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fəzail Ağamalının həyat tərzi ona-buna sataşmaqdır”

Millət vəkili Fəzail İbrahimli həmkarı Fəzail Ağamalının səsləndirdiyi ittihamlara münasibət bildirib


PİA.AZ xəbər verir ki, F.İbrahimli qafqazinfo-ya açıqlamasında bildirib ki, adaşı əsəblərinə hakim deyil, qırmızı həddi aşır:

 "Şükür ki, Fəzail Ağamalı sağalıb, gəlsin ürəyimdən keçən məsələləri danışaq. Bu, onun bioqrafiyası ilə bağlıdır. Ona ziyan verə biləcək məlumatlardır, amma mən onları mətbuata açıqlamaram, özünə deyəcəm. 

Onun oğlu barəsində xəbər yayılandan bir gün qabaq mənim oğlum yıxılana kömək etmişdi. Mən də mətbuata açıqlama verib oğlumun qəza törətmədiyini dedim. Mətbuat Fəzail Ağamalının oğlunun adını hallandırmışdı, səhəri gün ondan üzr istədi. Bununla da Fəzail Ağamalı gündəmdən çıxdı, sonrakı problemləri mən yaşadım. Məsələ məlum oldu, hüquq-mühafizə orqanları da maraqlandı.

Məlum oldu ki, bu, qəza deyil. Əsl namərdlik mənim mətbuata məlumat ötürməyimi düşünməkdir. Mən Fəzail Ağamalıdan belə bir hərəkət gözləməzdim, çoxlu stress keçirib, artıq əsəbləri yerində deyil. Onun həyat tərzi ona-buna sataşmaqdır. Mənim üçün deyib ki, kiminsə kölgəsinə sığınmışam. Onun isə heç kölgəsi yoxdur, tikanı var. Kiməsə tikanı batar..."

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar