Müğənni Afaq Aslan ailəsinin dağılmasından danışıb
Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, keçmiş həyat yoldaşının pulunun çox olması bu ailənin tez dağılmasına səbəb olub:
“Hansı qadın öz xoşbəxtliyini itirmək istəyər? Həyat yoldaşım pulun çoxluğundan harınlayıb, yolunu azdı. Hərdən insanlar düşünürlər ki, çox pul insana xoşbəxtlik gətirir. Əslində bu belə deyil. Heç vaxt müğənni olmaq istəməmişəm. Mənə kimsə deyəndə ki, “müğənni ol”, həmin insanlara gülürdüm. Ağlıma da gəlmirdi ki, bir gün səhnələrə çıxaram. Bu sənətə ailə qurmadan əvvəl gəlmişəm. Yəni boşanandan sonra müğənni olmamışam. Keçmiş həyat yoldaşımla da heç vaxt görüşmürəm. Mən bir insanla münasibətə son qoyuramsa, onu birdəfəlik həyatımdan silirəm. Bəzi mənbələrdən aldığım məlumata görə, keçmiş həyat yoldaşım hazırda həbsdədir. Allah qapısını açsın. Başqa nə deyim?”
Qeyd edək ki, A.Aslan veriliş zamanı onu da əlavə edib ki, hazırda azərbaycanlı bir iş adamı ilə sevgilidir.
pia.az