Türkiyənin məşhur aktrisası Neslihan Atagül Bakıya gələcək
Axşam.az-ın məlumatına görə, aktrisanın səfəri noyabrın 3-də olacaq.
Neslihanın gəlişinin məqsədi “Altın kelebek” ödülləri ilə bağlıdır. Atagül müğənnilərimiz arasında mükafatlandırma üçün seçim edəcək.
Mükafata namizəd olan müğənnilər aktrisanın da yer alacağı gecədə konsert verəcəklər. Tədbir gecə klublarından birində baş tutacaq.
pia.az