Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada İran-Rusiya ixtilafı dərinləşir

İvan Şvarts

“Nezavisimaya gazeta”, 11.10.2016


İran Rusiya və Tehranın rəqib saydığı Səudiyyə Ərəbistanının münasibətlərini qısqanclıqla izləyir. Səudiyyə Ərəbistanı kralının Rusiyaya dördgünlük səfəri bitəndən sonra “İran.ru” informasiya agentliyi Rusiya, İran, Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin ayrıntılarını açıqlayan geniş şərh dərc edib. Agentlik yazır: “Suriyada Tehran və Moskva arasındakı ziddiyyətlərdən danışmamağa ”səy edirlər. Lakin Bəşər Əsəd İran və “Hizbullah”, İraq şiələrinin “Mehdi ordusu”, Əfqanıstan xəzərləri simasında müttəfiqləri olmadan hətta Rusiya HKQ və xüsusi təyinatlılarının dəstəyi ilə üç aydan çox duruş gətirməz”.

Əsəd rejiminin süqutundan sonra isə Suriya Ərəb Respublikasında Rusiyanın hərbi iştirakı tezliklə ixtisara düşəcək. Suriyadakı qüvvələr balansının bu cür təsviri Suriya münaqişəsinin həllinə İranın töhfəsini açıqca gərəyincə dəyərləndirməyən Rusiya KİV-lərinin təqdim etdiyi rəsmi mənzərəyə qətiyyən uyuşmur. Rusiyaİran hərbçilərinin mövqelərindəki önəmli ixtilaflar artıq əvvəllər mətbutat sızıb.

Suriyada bundan sonrakı fəaliyyətə nisbətdə Rusiyaİran təmsilçiləri arasında strateji məsələlər üzrə dərin ziddiyyətlər avqustun sonunda Suriya Baş Qərargahı təmsilçilərinin İranRusiya hərbi ekspertləri ilə görüşündə üzə çıxıb. Bunu Fransanın Intelligence online bülleteni xüsusilə xəbər verib.

Bülletenin danışıqların gedişinə bələd qaynağının sözlərinə görə, bu müşavirə Suriya Ərəb Ordusu (SƏO) tərəfində vuruşan Rusiyaİran kontingentləri komandirlərinin iştirakı ilə Suriya Müdafiə Nazirliyində baş tutub. Görüşə Suriya tərəfdən Suriya prezidenti Bəşər Əsədin  qardaşı, Respublika Qvardiyasının komandanı Mahir Əsəd və SƏO baş qərargah rəisi Əli Əyyub, İran tərəfdən İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) başçısı Qasım Süleymani qatılıb. Fransa nəşrinin məlumatına görə, Süleymani Suriya müharibəsində strategiyanın dəyişilməsinə və silahlı müqavimətin ərazicə təşkilinə nail olmağa çoxdan cəhd edir.

Süleymani çoxsaylı hərbiləşdirilmiş strukturların – İİKK-in “Respublika keşikçiləri” adlana biləcək Suriya analoqunun yaradılmasından savayı Suriya nizami ordusu qalıqlarının birləşəcəyi yeni muxtar hərbi qurum yaratmağı düşünür. Hətta Süleymani istəyərdi ki, bu struktur xeyli dərəcədə İranın bəsic könüllü yığması nümunəsi üzrə milis birləşməsinə arxalansın. Önəmli dərəcədə İraq şiələri, Əfqanıstan xəzərləri və Livanın “Hizbullah” hərəkatı üzvlərindən ibarət olacaq bu milis bu xalqlardan hərbi birləşmələri Suriya ordusunun tərkibinə daxil etmək imkanı verir.

Reuters agentliyi 2015ci ilin oktyabrında xəbər verib ki, iki il öncə məhz general Süleymani Rusiya rəhbərliyini Suriya münaqişəsinə qarışmağa inandırıb. Agentliyin məlumatına əsasən, general Moskvada görüşdə “Suriyanın xəritəsini açıb” və “prezident Bəşər Əsədin uğursuzluqlar silsiləsinin Rusiyanı yardımı ilə qələbəyə necə çevrilə biləcəyini” rusiyalı həmkarlarına izah edib.

General görüşdə üsyançıların Rusiyanın Tartusda HDQ maddi təchizat məntəqəsinin yerləşdiyi Aralıq dənizi sahillərinə doğru irəliləməsi üzündən Suriyada pisləşən durumu ümumi cizgilərlə təsvir edib.

Lakin bu cür qarşılıqlı fəaliyyət heç də bildirmir ki, Moskva və Tehran vahid plan üzrə hərəkət edir.

Intelligence online yazır ki, Suriyada Rusiya əməliyyatlarının komandanı olan general-leytenant Sergey Rudskoy Suriya baş qərargahçıları ilə görüşdə hərbi quruculuq üzrə İranın təklifləri ilə kökündən razı deyildi. Moskva SƏO-nun bəzi ordu korpuslarını yeni texnika ilə təchiz etməklə mövcud strukturun saxlanmasını nəzərdə tutan yanaşmanın tərəfdarıdır. Rudskoy xüsusən Suriya quru qoşunları elit bölmələrinin güclənməsini müdafiə edir. Rusiya generalı Suriya ərazisində strateji obyektlərin qorunması üçün Rusiya mənşəli özəl hərbi şirkətlərin yardımına üz tutmağı təkid edib. Bu, Rusiya qoşunlarını daha önəmli hərbi əməliyyatlar teatrı üçün azad edər.

İran.ru agentliyi qəliz hərbi ixtilaflardan savayı “Türk axını” qaz kəməri ətrafındakı ziddiyyətlərdən danışıb. İran “Türk axını” üzrə gizli danışıqların mühüm hissəsidir. Türklər bu “axın”ın borularının doldurulmasında inhisarçı hüququnu “Qazprom”a təqdim etməyi qətiyyən istəmirlər. Bu layihənin baş tutması üçün ona Qətərİran qazı daxil olmalıdır. Agentlik yazır ki, bu, Ankaranın şərtidir, Ərdoğan da bu məsələdə Moskvanın həssas yerindən tutub.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar