Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp İranla nüvə sazişini zibil qutusuna atacaqmı, yoxsa...?


Politoloq: “Mövcud vəziyyətdə Tramp və onun ətrafı çalışır ki, İranla nüvə sazişi məsələsinə yenidən baxsınlar və yeni şərtlər əlavə etsinlər”


İran-Türkiyə əməkdaşlığının genişlənməsi Türkiyəni  ABŞ-ın sərt addımlarını görməməzlikdən gəlməyə məcbur edəcək”.

Bu sözləri politoloq İlqar Vəlizadə “5+1” ölkələri ilə İran arasında imzalanan müqavilənin aqibətini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Oktyabrın 15-də Tramp İranla nüvə sazişinin təsdiqlənməsinə dair qərar verəcək. Bundan öncə isə İranın nüvə proqramına dair razılaşma ABŞ prezidenti Donald Tramp tərəfindən davamlı olaraq tənqidə məruz qalıb. Tramp bu sazişi ABŞ üçün biabırçılıq adlandıraraq Ağ Evin yeni adminstrasiyasının bu sazişi qəbul etməyəcəyini vurğulamışdı. Məsələ ilə bağlı mövqeyini açıqlayan  ABŞ-ın dövlət katibi Reks Tillerson isə bəyan etmişdi ki, Birgə Hərtərəfli Fəaliyyət Planı İranı nüvə statusundan məhrum etməyib. Sadəcə olaraq bu sazişlə İranın nüvə dövləti olmaq məqsədi yalnız müəyyən zaman çərçivəsində təxirə salıb. Tramp adminstrasiyası həmçinin İranla “5+1” çərçivəsində əldə olunan razılaşmadan sonra Obama adminstrasiyasının faktiki olaraq ləğv elədiyi sanksiyaları yenidən tətbiq edib. 

İran prezidenti Həsən Ruhani isə öz növbəsində ABŞ-ın sanksiya siyasətini kəskin tənqid edərək qeyd etmişdi ki, ABŞ ləğv elədiyi sanksiyaları yenidən tətbiq edib və bu halda İran sazişdən çıxmaq barədə yaxın zamanda qərar verə bilər. BMT Baş Assambleyasının 72-ci sessiyasında “5+1” formatı yenidən toplanıb tupikdən çıxış axtarsalar da, problem hələ də öz aktuallığını qoruyub saxlamaqdadır. Qeyd edək ki, Avropa Birliyi və Rusiya ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasını tənqid edirlər və sazişin davam etməsinə çalışırlar. 

Bəzi ekspertlərin fikrincə, “5+1” formatı ölkələri arasında imzalanan müqavilənin ləğv olunması ehtimalı da mövcuddur. Həmçinin Tramp dövründə razılaşma qüvvədə qalsa da, İranın fərqli səbəblərlə embarqo altında tutulacağı, sanksiya siyasətinin davam edəcəyi gözlənilir. 

İran-ABŞ münasibətlərinin hazırkı konstektində müqavilənin tammailə ləğvi baş verə bilərmi? Əgər ABŞ İranla nüvə anlaşmasını ləğv edərsə, bu halda İranın  ABŞ-a qarşı Rusiya və Çinlə, o cümlədən Türkiyə ilə yeni geosiyasi əməkdaşlığı mümkündürmü və ABŞ-ın bu qərarı Yaxın və Orta Şərqdə yeni silahlanma yarışı üçün səbəbə çevrilməzmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

Image result for ilqar vəlizadə
İlqar Vəlizadə: “Yaxın Şərqdə yeni gərginlik ocağının yaradılması ABŞ üçün yaxşı nəticələr verməyəcək”.


Nüvə sazişi ilə bağlı müqavilə ləğv olunarsa, bunun ABŞ-ın xarici siyasətinə mənfi təsir edəcəyini qeyd edən politoloq İlqar Vəlizadəyə görə, ABŞ-ın əsas məqsədi nüvə sazişinə yenidən baxılması və yeni şərtlərin sazişə əlavə edilməsidir:

“Müqavilənin ləğvinə dair qərar qəbul edilə bilər, amma onun redifikasiyası bir az mürəkkəb  məsələdir. Ola bilər ki, Konqresdə bu sazişin qüvvədə saxlanması ilə bağlı qəti qərarlar qəbul edilsin. Hələlik bu prosedur məsələləri aydın deyil. Mövcud vəziyyətdə Tramp və onun ətrafı çalışır ki, İranla nüvə sazişi məsələsinə yenidən baxsınlar və sazişə yeni və daha ağır şərtlər əlavə etsinlər. Yəni, prosesin yenidən başlamasının tərəfdarıdırlar. Lakin real vəziyyət onu göstərir ki, bu addım  ABŞ-ın xarici siyasətinə heç də müsbət təsir etməyəcək. Çünki regionda risklər artacaq. 

Onsuz da ABŞ indiki vaxtda Yaxın Şərqdə bir sıra mürəkkəb  məsələləri  həll etməyə çalışır. Yaxın Şərqdə yeni gərginlik ocağının yaradılması ABŞ üçün yaxşı nəticələr verməyəcək. Hesab edirəm ki, ABŞ elitasının özündə də bu məsələyə birmənalı şəkildə baxış yoxdur. Öna görə də çox güman ki, Tramp adminstrasiyası, KonqresSenat arasında bu mövzuda hansısa konsensus əldə ediləcək. 

İranın  Rusiya, Çin, o cümlədən Türkiyə ilə əməkdaşlığına gəlincə, bu müqavilədən asılı deyil. Onsuz da əməkdaşlıq mövcuddur. Bu gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan  İrana səfər edəcək və iki ölkə arasındakı əməkdaşlıqdan danışacaqlar. İran və Türkiyəni birləşdirən bir sıra strateji məqsədlər var. Bu baxımdan bütün hallarda qarşılıqlı əməkdaşlıq davam edəcək. Sadəcə olaraq belə bir əməkdaşlığın olması Türkiyəni  ABŞ-ın sərt addımlarını görməməzlikdən gəlməyə məcbur edəcək. Bu isə ABŞ-Türkiyə münasibətlərinə müəyyən dərəcədə mənfi təsir edəcək”.

Onu da qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, RusiyaABŞ bir tərəfdə, İran isə digər tərəfədə olmaqla 5+1 formatında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramını dayandırmasına qarşılıq olaraq, İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar