Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aslan İsmayılov üç siyasətçiyə “Rusiyanın adamı” dedi


“Bu adam Rusiya tərəfindən Azərbaycana xüsusi tapşırıqla göndərilib”


Vəkil Aslan İsmayılov bəzi siyasətçiləri rusiyapərəstlikdə ittiham edib.

 O, sosial şəbəkədəki statusunda yazıb: 

“Yadınızdadırsa, 2013-cü ilin əvvəllərində yazmışdım ki, Azərbaycanla Rusiya arasında münasibətlər kəskinləşən kimi bir neçə keçmiş "siyasi xadim" dirilir və mətbuatda tirajlanmağa başlayırlar. Həmin dövrdə Rəhim Qazıyevin mətbuatda geniş tirajlanan prezidentə müraciəti peyda oldu.

Elə o dövrdə də Surət Hüseynovun Gəncəyə qayıtması və QHT yaratması söhbəti yayıldı. Etibar Məmmədov da, deyəsən, AMİP-lə bağlı hansısa tədbirlər keçirdi. Onda da birinci başlayan Rəhim Qazıyev oldu. İndi də lokomotiv Rəhim Qazıyevdir. Bu günlərdə də onun hamıya müraciəti oldu. Rəhmətlik Əbülfəz Elçibəyi Vətənə xəyanətdə ittiham etdi. Bu gün facebook səhifələrində Surət Hüseynovun İstanbuldan məşhur iş adamı kimi şəkli paylaşılıb. AXC hakimiyyətində təmsil olunmuşlar, adları çəkilənlərin əməllərini şəxsən mənə danışan siyasi, ictimai məşhurlar isə yenə susurlar, özlərini görməmiş, bilməmiş kimi aparırlar. Deyəndə ki, gözünüz onların qarşısında kölgəlidir, məndən inciyirlər. Gənclər bilməyə, görməyə, başa düşməyə bilərlər. Axı mən bu yaşımda, hər şeyi gözləri ilə görmüş necə susum, özümü qanmaz yerinəmi qoyum?”


AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə modern.az-a açıqlamasında bunları deyib: “Aslan İsmayılovun AMİP və onun lideri Etibar Məmmədova olan kini-küdurəti, nifrəti sonda onun özünü boğacaq. Bu adam Rusiya tərəfindən Azərbaycana xüsusi tapşırıqla göndərilib və indiyədək də ölkəmizə və millətimizə qarşı işlədilməkdədir. Başqalarını rusiyapərəstlikdə ittiham edən şəxs Sumqayıt hadisələri zamanı Moskva tərəfindən Azərbaycana ona görə göndərilmişdi ki, dövlət ittihamçısı sifətində günahsız azərbaycanlılara divan tutsun. Onun xüsusi canfəşanlığı və səyi nəticəsində hadisələrin baiskarları, cinayətkar ermənilər qaldı qıraqda, suçsuz azərbaycanlılar ən ağır cəzaya, hətta ölümə məhkum edildilər”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar