Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyanın böyük inşası: Çin İranı Türkiyəyə sarı itələməklə Rusiyanı sıxışdırır



Sərkis Saturyan

regnum.ru, 21.07.2017


Suriyada beynəlxalq münaqişə əvvəlki kimi yekunlaşmaqdan uzaqdır, bu da yatırımçıları ərəb respublikasının ərazisində infrastrukturun bərpası üzrə müqavilələr uğrunda mübarizəyə girişməyə hərəkətləndirir. 

Bu il iyulun 9-da KİV-lərin diqqəti İraq baş naziri Heydər əl-Abadinin Mosulun azad edilməsi haqda bəyanatına bağlanınca Pekində önəmi az olmayan hadisə – Syria Day Expo – Suriya Ərəb Respublikasının ÇXR  səfirliyi və Çin yatırımçılarını Suriyanın rekonstruksiyası üzrə layihələrə cəlb etməyə hədəflənmiş mübadilə üzrə Çin-ərəb assosiasiyasının təşkil etdiyi böyük yatırım sərgisi baş tutub. Tədbirə yatırım və infrastruktur inşaatında ixtisaslaşan Çin biznesinin mindən çox təmsilçisi qatılıb.

Bu hallarda deyilməsi qəbul edildiyi kimi, iştirakçılar 17-26 avqustda Suriya paytaxtının sərgi mərkəzində keçiriləcək 59-cu Dəməşq beynəlxalq yarmarkasının astanasında “saatlarını yoxlayıblar”. Dəməşq 30 xarici və ərəb ölkəsindən yatırımçıları qəbul etməyə hazırlaşır. Bu ilin sentyabrında isə Çinin İnçuan şəhərində (Ninsya-Huey muxtar bölgəsi) yeni sərgi – China-Arab States Expo keçiriləcək. Tərəflər bir-birini tamamlayır: Dəməşq dağıdılmış şəhərlərin bərpasına yatırım əldə edir, Pekin isə iqtisadiyyatın durğunluğunu qabaqlayaraq milli istehsalat gücünü işlə təmin edir. Dəməşq keçən il müharibədən dəyən ziyanı 200 milyard $ həcmində dəyərləndirib. Aydındır ki, 2017-ci ilin birinci yarısında göstərilən məbləğə artırılma yönündə düzəliş etməyin vaxtıdır. Pekin aşkar şəkildə əleyhinə deyil. Mübadilələr üzrə Çin-ərəb assosiasiyasının vitse-prezidenti Sin Yun bnildirib ki, ÇXR Suriyanın hazırda Səmalar ölkəsinin tam 150 şirkətini birləşdirən sənaye parkına 2 milyard dollar yatıracaq. Ancaq məsələ sırf iqtisadi məsələlərlə məhdudlaşmır, çünki xarici və daxili oyunçuları Şərq Aralıq dənizi bölgəsi istiqamətində kommunikasiyalar üzərində nəzarət həyəcanlandırır. “Asia Times”-ın icmalçısı Pepe Eskobarın məlumatına görə, “Perkin artıq qərar qəbul edib: o, Yeni İpək Yolunun açar qovşağı ola biləcək “İran-İraq-Suriya” infrastruktur triumviratına dəstək üçün non-stop (burada: fasiləsiz-tərc.) rejimdə işləyəcək”.

Ekspert dəqiqləşdirir ki, söhbət “Şanxay-Latakiya” xətti üzrə konteyner dəmiryol daşımalarından gedir. Eskobar sübut kimi Suriyanın Rusiya Çin və İranın müharibədən sonra SƏR-də infrastruktur layihələrinə prioritet hüquqlar əldə edəcəyini iddia edən Çindəki səfiri İmad Mustafadan misal gətirir. Bu mövqe hamıya məlumdur, SƏR prezidenti Bəşər Əsəd bunu dəfələrlə səsləndirib. Hazırda başqa məsələ önəmlidir: Vaşinqton və Ankarada özlərini necə aparacaqlar? Güman etmirəm ki, NATO paytaxtları SƏR üzərindən Aralıq dənizi bölgəsinə uzunmüddətli planda Pekin, Moskva və Tehranın mövqeyini gücləndirəcək nəqliyyat dəhlizinuin yaranmasında maraqlı olsun.

Deeskalasiya ağırlığı altında

Rusia ABŞ-ın Suriya siyasətinə təsir edə bilər. Lakin bunun üçün Kremlin məhvedici diplomatik praktika kimi SƏR milli ərazisini nüfuz dairələrinə konservasiya edən “təhlükəsizlik zonaları”ndan imtinası lazımdır. ÇXR və İİR-in Latakiyaya dəhlizi necə olacaq və Qərbə hərbi-siyasi səyləri SƏR-in cənub və şimalında cəmləşdirməyə özümüz imkan veririksə, ümumiyyətlə olacaqmı? Axı Kondoliza Rays və Robert Geyts 2015-ci ilin oktyabrında Yaxın Şərqdə Vladimir Putinin nüfuzunu məhdudlaşdırmaqdan ötrü “uçuşsuz zonalar” yaratmağa çağırarkən məhz bunu müdafiə edirdilər. Yəni Suriyada Liviya ssenarisini gerçəkləşdirmək niyyətindəydilər. Və Astanada amerikalıların bu niyyəti, demək olar, baş tutub. Tehran öz təşvişini gizlətmir: İİR Ali Milli Təhlükəsizlik Şurası katibi Əli Şəmxani Vladimir Putin və Donald Trampın Hamburq danışıqlarından (7 iyul) dərhal sonra Suriya tənzimlənməsi üzrə Rusiya prezidentinin özəl elçisi Aleksandr Lavrentyevlə baş tutmuş danışıqlarının yekunları üzrə qeyd edib ki, “Suriya münaqişəsi üzrə istənilən saziş Suriyanın dağılması üçün əsas rolunu oynamamalıdır” və “Tehran Times” dəqiqləşdirir ki, bununla da SƏR suverenliyinə hörmət lazım olduğunu təsdiq edib.

Hələlik durum NATO-nun xeyrinə inkişaf edir. Misip politoloqu Əmr Əldib bununla bağlı məntqlə hesab edir ki, “2017-ci il mayın əvvəlində imzalanmış müqavilənin (təhlükəsizlik zonaları haqda memorandum-S.S.) mühümlüyü təhlükəsizlik zonaları yaratmaqdan savayı həm də bundan ibarətdir ki, Türkiyə Suriya şimalında hərbi iştirakını gücləndirə bilib, ABŞ isə Suriya ərazisində öz ordusunun sayını artırıb”. Vaşinqtonun bölgə müttəfiqləri heç bir halda Təl-Əvivin deyil, Ər-Riyad və Ankaranın güclənməsinə isnad edən patronlarının “qayğısını” artıq dəyərləndiriblər. “Realsit” ekspert tribunası Əldibdən sitat gətirir: “İsrail atəşkəs zonasının genişləndirilməsniə qarşı çıxış edir, çünki bu, İrana Suriyanın mərkəz və cənubunda hərbi iştirakı gücləndirmək imkanı verir. Diqqətçəkəndir ki, atəşkəs zonalarının genişləndirilməsi haqda danışıqlar avqustun 1-2-də İranda gedəcək”.

Pentaqon Tehrana nisbətdə mövqeyini yumşaltsa, Pekin və Moskvada dəstək tapacaq, amma Londonu qəzəbləndirəcək. Çünki onun üçün prioritet ÇXR-in Türkiyədən keçməklə Rusiya təsirindən məhrum olan nəqliyyat dəhlizidir.  

İslamabad-Tehran-İstanbul” dəmiryolu dolayı manevr kimi

Çin eyni zamanda müxtəlif yönlərdə oynamaqla dolab gəlir. O, bir tərəfdən Dəməşq və Moskvaya müsbət siqnallar göndərərək Latakiya üzərindən Aralıq dənizinə dəhlizə ümid bağlayır (lap hələlik gizli olsa da). Digər tərəfdən isə ilk qatarın hələ 2009-cu ildə yola salındığı “İslamabad-Tehran-İstanbul” dəmiryol dəhlizinin inkişafı məsələsində Pakistan və İranı dəstəkləyir. Xüsusən də ona görə ki, layihənin hüquqi bazası hazırdır – Pakistan, İran və Türkiyə tranzit nəqliyyatı üzrə həm “İslamabad-Tehran-İstanbul” avtomobil, həm də dəmiryolu inşası üçün yol açan Çərçivə sazişinin (Transit Transport Framework Agreement, TTFA) ayrıntılarını 2016-cı ilin avqustunda hazırlayıb.

Pekin bu qayda ilə Türkiyə istiqamətinə daha çox bağlanaraq Çin-Pakistan iqtisadi dəhlizini Orta Şərq marşrutuna birləşdirir. Ankaranın Tehranı cəlb etməyə çalışdığı “Qars-İqdır-Naxçıvan” dəmiryolu da bura yerləşdirilir. Buz tərpənib. Bu il iyulun 16-da İran dəmiryollarının nümayəndə heyəti İslamabada səfər edib və konteyner axınının İranın cənubuna – Zahidan çıxarılması planlaşdırılan Kvetta-Taftan dəmiryolunun modernləşdirilməsi haqda pakistanlılarla razılığa gəlib. Azad Ticarət zonası haqda İranın Pakistan və Türkiyə ilə əməldə çoxtərəfli çıxan ikitərəfli danışıqlarının mənası da buradan qaynaqlanır. Sıradakı məntiq aydın görünür: Rusiyanın Suriyadakı mövqeyi nə qədər zəifdirsə, Çin İranın Türkiyə istiqamətində fəallığına bir o qədər təkan verir. Nəticə çıxarmağın vaxtıdır.
(Tərcümə Strateq.az.)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar