Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan üçün bu dəfə daha fəlakətli nəticələr olacaq”


Hərbi ekspertdən yeni müharibə anonsu


Qarabağda müharibə riskinin artdığı, ikinci Qarabağ savaşının hər başlana biləcəyi barədə siyasi, hərbi ekspertlər tərəfindən xəbərdarlıqlar, proqnozlar verilməkdədir.

 Təkcə Azərbaycanda və işğalçı ölkədə deyil, münaqişə ilə yaxından maraqlanan tanınmış əcnəbi ekspertlər də Qarabağda hər gün artan müharibə ehtimalından danışırlar.

Məsələn, rusiyalı hərbi ekspert Pavel Felgenhauer bildirib ki, Qarabağda hələlik müharibə yoxdur, amma bu ehtimal getdikcə daha da güclənir: “Hazırda hər iki tərəf aktiv şəkildə savaşa hazırlaşır. Əgər hər iki tərəf hazırlaşırsa, o zaman yekunda toqquşma mütləq olacaq. Konfliktə təsir edən daxili və xarici faktorlar var. Hər iki tərəf intensiv şəkildə öz gücünü artırır. Genişmiqyaslı toqquşmaların qarşısını almaqdan ötrü nəsə etmək lazımdır. Genişmiqyaslı müharibəni başlamaq üçün təsadüfi olmayan, məqsədyönlü fəaliyyətlər tələb olunur. Tərəflərdən hansısa biri qərar verməlidir ki, başqa variant yoxdur və uğur qazanılması üçün heç olmasa lokal zərbə endirilməlidir. Qarabağda atəşkəslə bağlı edilən çağırışlar kifayət deyil. Biz Qarabağ münaqişəsinin kompromis yolu ilə həllinə müəyyən siyasi səbəblərin izn vermədiyini görürük. Situasiya kompromislər və ciddi de-eskalasiya olmadan dəyişməyəcək. Genişmiqyaslı müharibəyə doğru aparan geridönülməz proses baş verir. Tərəflər hələlik ciddi hərbi fəaliyyətləri başlamağa hazır deyil. Bu, çox yaxşıdır, amma bu, savaşın qarşısını almaq üçün yetərli deyil”.

Maraqlıdır ki, son vaxtlar daha çox rusiyalı politoloqlar və hərbi ekspertlər Qarabağ problemi və müharibənin başlayacağı halda açıqlamalar verir. Diqqətçəkən məqam isə ondan ibarətdir ki, bu cür açıqlamaların əksəriyyətində Ermənistanın ciddi zərbə alacağından bir qayğı, narahatlıq duyulduğu sezilir.

Bu barədə hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son vaxtlar rusiyalı tanınmış politoloqların və hərbi ekspertlərin Dağlıq Qarabağ savaşının başlayacağı ilə bağlı açıqlamalarının intensivləşməsində həm siyasi məqsədlər var, həm də verilən bir sıra açıqlamalar Ermənistanın maraqlarına hesablanıb: “Biz onsuz da gizlətmirik ki, torpaqlarımızı işğaldan azad etmək üçün nə lazımdırsa onu edəcəyik. Artıq rusiyalı ekspertlər də görürlər ki, təmsil etdikləri ölkə Dağlıq Qarabağ probleminin həllində maraqlı deyil, məsələni süni şəkildə uzatmaqla məşğuldur və bu prosesin sonunda Ermənistan ağır zərbə alacaq. İyulun 12-də rast gəldim. Erməni mətbuatı yazır ki, çox müəmmalı şəkildə Rusiya xarici işlər naziri Sergey Lavrov AzərbaycanErmənistan xarici işlər nazirlərinin 11 iyulda Avstriyada keçirilən görüşündən əvvəl orada peyda olub və erməni nazir Edvard Nalbəndyanla görüşüb. Şübhəsiz ki, Lavrov Nalbəndyanı təlimatlandırıb. Bu faktın özü də bir daha deyir ki, Rusiya imkan versə, bəlkə də Azərbaycanla Ermənistan öz aralarında Qarabağ məsələsini danışıqlarla həll edərdi. Rusiyanın problemin həllində maraqlı görünmədiyi artıq birmənalıdır. Belə bir vəziyyətdə isə əlbəttə ki, ikinci Qarabağ savaşının istənilən an başlaması qaçılmazdır. Yay o qədər tarıma çəkilib ki, ox istənilən an yaydan çıxa bilər”.

“Ali Baş Komandan İlham Əliyev iyulun 12-də Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Alxanlı hadisəsindən danışan zaman bildirdi ki, Zəhranın və nənəsinin qisası alındı. Prezident onu da dedi ki, Ermənistan itkilərini həmişə gizlədir. Ölkə prezidentinin bu açıqlaması onu deməyə əsas verirmi ki, Azərbaycan ordusunun Ermənistana cavab zərbəsinin səbəb olduğu itkilərin miqyası işğalçı ölkənin rəsmi açıqladığı rəqəmlərdən daha çox olub” sualına Üzeyir Cəfərov belə cavab verdi: “Həm Ali Baş Komandanın dedikləri, həm də Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntülər onu deməyə əsas verir ki, Zəhranın və nənəsinin qisası çox ciddi şəkildə alınıb. Müdafiə Nazirliyinin yaydığı görüntülərdə Azərbaycan ordusunun Ermənistanın işğal olunmuş ərazilərdəki taborunun dayaq məntəqəsinə zərbəsi nümayiş olunur. O zərbənin çoxlu sayda erməni hərbçisini məhv etdiyi və yaraladığı şübhəsizdir. Lakin Ermənistan tərəfi bir nəfərin öldüyünü, iki nəfərin ağır yaralandığını etiraf elədi. İyulun 12-də isə Ermənistan iki hərbçisini itirdiyini açıqladı. Biz dəqiq bilmirik ki, həmin iki ölü sözügedən dayaq məntəqəsinə zərbə endirilən zaman ölənlərdir, yoxsa onlar sonradan atışma zamanı öldürülənlərdir. Ermənilər itkilərinin sayını həmişə gizlədirlər və indi də gizlətdikləri şübhəsizdir. Azərbaycan tərəfi isə itkiləri olanda gizlətmir”.

Hərbi ekspert vurğuladı ki, Ermənistan son zərbəmizin onlara neçə hərbçi itkisinə başa gəldiyini dəqiq açıqlamasa da bilməlidir ki, zərbələrin davamı olacaq: “Azərbaycan ordusu hər gün cavab atəşi ilə bir neçə Ermənistan əsgərini məhv etməlidir ki, Ermənistan siyasi-hərbi rəhbərliyinin ağlı başına gəlsin. Hələlik onlar öz havadarlarına arxalanırlar, amma bu, uzun çəkməyəcək. Müharibə bu dəfə qaçılmazdır, ötənilki aprel savaşından daha şiddətli savaş və Ermənistan ordusu üçün daha fəlakətli nəticələr olacaq”.

İkinci Qarabağ savaşının başlayacağı ehtimalının güclü olması Azərbaycanda iqtidara müxalifətdə olan tanınmış partiyaları da hərəkətə gətirməyə başlayıb. Əldə etdiyimiz xəbərə görə, iyulun 11-də Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Azərbaycanın tanınmış müxalifət təşkilatlarının rəhbərlərinin görüşü olub. Toplantıda Qarabağ məsələsi ilə bağlı yaranmış vəziyyət, hər an başlama ehtimalı olan müharibə və belə vəziyyətdə atılmalı olan addımlar, müxalifətin davranışları və digər məsələlər müzakirə edilib. Azərbaycanın ərazilərinin işğaldan azad olunması üçün hərbi əməliyyatların vacibliyi və bu əməliyyatlara hər kəsin dəstək verməsinin şübhəsiz olacağı bildirilib. Görüşdə VHP sədri Sabir Rüstəmxanlı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, ADP sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov və Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər iştirak ediblər. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar