Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İpək əlbirlik”: ABŞ, Çin və Türkiyə Rusiya və İranın acığına Suriyanı bölür


Bu il mayın 1-də Rusiya HKQ təhlükəsiz deyilən zonalara aviazərbələri dayandırıb


Artıq mayın 6-da isə Suriyanı faktiki dörd hissəyə bölən Astana memorandumu qüvvəyə minib: təsir zonaları İdlib əyaləti, Xomsdan şimalda, Şərqi Qutada və Suriyanın cənubunda yerləşir. NATO ölkələri Moskvanın sükutlu razılığı ilə SƏR-i nüfuz zonalarına parçalamaq üçün (xoşbəxtlikdən, hələlik kağız üzərində) nadir imkan əldə edib ki, bu da Rusiya ordusunun Suriyadakı antiterror əməliyyatının tarxi önəmini dəyərdən salır, həmçinin onun başlıca bölgəsəl müttəfiqi İranın mövqelərini təhdid edir. Rusiya XİN-də çox erkən unudublar ki, Rusiya HKQ Suriya münaqişəsinə girəndən sonra “təhlükəsizlik zonaları” hələ 2015-ci ilin oktyabrında ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays və Pentaqonun keçmiş başçısı Robert Geytsin Barak Obama administrasiyasına ünvanlanmış təklifidir. Yəni biz Rays və Geytsin Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərqdəki nüfuzunu məhdudlaşdırmaq çağırışlarına göz yumaraq SƏR-in parçalanması üzrə imperialist Qərb layihəsinin arabasında sürünürük. Bu, açıq mətnlə göstərilib. Düzdür, respublikaçı qırğıların tezisini Obama deyil, Tramp göydə tutub. Və ABŞ mülki və hərbi hədəflərə aviazərbələr silsiləsi işə salmaqla dərhal siyasi müttəfiqləri qarşısında siyasi kapital qazanmağa girişib. Məsələn, Amerikayönlü koalisiya mayın 12-də Suriya-İraq sərhədində neft yataqlı Əbu Kamal şəhərinə (Deyr əz-Zor əyaləti) hücum edərək 23 mülki şəxsi öldürüb. Mayın 15-də isə ABŞ SQ-nin Suriyanın şərqində Rakkanın yaşayış məntəqələrinə zərbəsi 30 nəfərin həyatını aparıb. “New Arab” nəşri dəqiqləşdirir ki, bunlardan 12-i qadınlar olub. Britaniyanın “Financial Times”-ı öz növbəsində koalisiya qüvvələrini rəqəmləri bilərəkdən azaltmaqda qınayaraq 42 həlak olmuşdan danışır. Bəs sonra?

Pentaqon Rusiyanın bəzi siyasi xadim və ekspertlərinin Astana danışıqlarının aşkar mənfi nəticələrinə göz yumaraq qürrələnməkdə olduğu diplomatik prosesə lap başdan “burun fınxırıb”. Moskva intizarda donub qalınca ABŞ Müdafiə Nazirliyi nəzarəti altındakı  zonalara aviazərbələr haqda informasiyaları metodik şəkildə rəsmi saytında yerləşdirir: təkcə mayın 15-16-da Əbu Kamal, Deyr əz-Zor, Rakka, Əs-Səurə rayonlarına 17 zərbə endirilib.

Yenə də Qarabağa…

Gözləmək lazım gəldiyi kimi, Suriyada tutuşmanın zəifləməyi dərhal Cənubi Qafqazda əksini tapdı. Mayın 15-də Pekində “Bir qurşaq, bir yol” beynəlxalq forumu işini qurtaranda Azərbaycan SQ Dağlıq Qarabağın Müdafiə ordusuna (mətndə bu cürdür-tərc.) raket zərbəsi endirib “Osa” ZRK-i zədələdi. Diqqətçəkəndir ki, Rusiya Kənd Təsərrüfatı nazirliyi və  Rusiya DY ilə Azərbaycan, Özbəkistan və Belarus hökumətlərinin kənd təsərrüfatı məhsullarını uzaq məsafələrə çox da yubatmadan tədarük etməyə imkan verən refrijator dəmirylou vaqonlarının işə salınması üzrə sazişi haqda məlumat məhz mayın 15-də şəbəkədə göründü. Layihə həm də İrana (Azərbaycandan) və Tacikistana (Özbəkistandan) çıxışı nəzərdə tutur. Yəni Azərbaycan generaliteti Qarabağla sərhəddə firnəkarlıq quraşdıraraq (Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sözügedən fitnəkarlıq Ermənistan SQ tərəfindən törədilib-tərc.) kənd təsərrüfatı məhsullarının Rusiya ərazisindən gələcək tədarükünü “bayram etməyi” planlaşdırırdı (söz yox, bu, əsil erməni fantaziyasıdır-tərc.) Əlbəttə, przeident İlham Əliyev mövzudan halidir. Türkiyəli həmkarı Rəcəb Ərdoğan prezident Donald Trampla görüş üçün mayın 16-da Vaşinqtona səfər edərkən o, cəbhəyanı zonalarda gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq etdi.

Ankara və Bakının əsas məqsədi artıq üfüqdə uzaqdan seçilir – Transxəzər nəqliyyat dəhlizi və Avropa Birliyini Bakı-Tiflis-Qars-Ədirnə-İstanbul dəmiryolu ilə birləşdirməli olan Cənub nəqliyyat dəhlizi iyunda işə salınacaq. Ərdoğan mayın 14-də Pekin forumunda təntənəli şəkildə bildirib: “İpək Yolu”nun Mərkəzi dəhlizi Gürücstan, Azərbaycan, Türkmənistan, Əfqanıstan və Pakistandan keçir. Və biz Türkiyədə göstərilən marşrut çərçivəsində Çin və başqa ölkələrlə əməkdaşlığa ümid edirik”.

Türkiyə iqtisadçısı, Economic Policy Research Foundation of Turkey (TEPAV) direktoru Güvən Sak da oxşar məcrada fikir yürüdür. O, Hurriyet Daily News-a müsahibədə bildirib ki, Türkiyə Çinin müsəlman dünyasını “İpək Yolu” layihəsinə inteqrasiya etməyinə yardım edə bilər. Sak güman edir: “XX əsr Çinin dünyaya inteqrasiyası bayrağı altında keçibsə, XXI əsr Əfqanıstan və Pakistan daxil olmaqla Orta Asiya ölkələri və cənub-qərbi Asiyanın Çin layihəsinə inteqrasiyası dövrü olmalıdır”.

Yeri gəlmişkən, 2015-ci ilin sentyabrında Rusiya HKQ-nin Suriya əməliyyatına başlamasından tam bir neçə gün qabaq və Türkiyənin SƏR səmasında Rusiya qırıcısını xaincəsinə vurmağından iki ay əvvəl çinlilər Türkiyənin konteyner daşımaları üzrə ən böyük limanına (Kumport) $1 milyard yatırım elan etdilər. Təsadüfdürmü?

Sakın fikrinə gəlincə, bu, təkcə onun şəxsi qiymətini deyil, həm də rəsmi Ankaranın mövqeyini əks etdirir. Təsadüfi deyil ki, o, əvvəllər Türkiyə Mərkəzi bankının pul siyasəti üzrə komitəsinin üzvü idi. Bu da məmura Ankara-Pekin dialoqu barədə açıq danışmaq imkanı verir. Bax, o bu xüsusda belə düşünür: “Çin-Türkiyə

münasibətləri siyasi səviyyədə Pekinin uyğur probleminə münasibətdə şikayətləri ilə mürəkkəbləşib. Lakin indi müsbət gündəlik qurmağa çalışırıq. Ərdoğan 2015-ci ildə Pekinə səfər etdikdən sonra rəsmən bildirib ki, Sinszyan problemi (Çində uyğurların yaşadığı əyalət-tərc.) Çinin daxili işidir. Bununla belə, çinlilər uyğur döyüşçülərin Suriya müharibəsində iştirakından, xüsusən də sonra evə qayıdanlardan narahatdırlar . Buna görə də Türkiyə hazırda “İpək yolu”nun İqtisadi Qurşağı çərçivəsində ÇXR-lə qarşılıqlı fəaliyyətdədir ki, bu da Pekinin uyğur məsələsi üzrə mənfi əhvalını yumşaltmaq imkanı verir”.

Ankara Tehranın “İpək yolu”ndakı rolundan şüurlu şəkildə yan keçir ki, İİR-də ictimai rəyi vaxtından qabaq oyatmasın. Xüsusən də ona görə ki, SƏR-də “təhlükəsizlik zonaları”nın yaradılması ərəb respublikasının ərazisinə Türkiyə təsirini avtomatik şəkildə konservləşdirir, Türkiyəyə alternativ Suriya nəqliyyat dəhlizini Tehranın üzünə bağlayır. Həm də burada təəccüblü heç nə yoxdur, çünki bu il mayın 11-də İstanbulda Türkiyə və Gürcüstanın müdafiə idarələri başçılarının görüşündə tərəflər Ankara, BakıTiflisin hərbi əməkdaşlığı haqda memorandum imzalamaq razılığına gəlib. Gücürstan müdafiə naziri Levan İzoriya qarşıdakı Batumi görüşündən danışarkən bildirib: “Biz hərbi əməkdaşlığımızın keyfiyyətinin yüksəldilməsinə yönəlmiş üçtərəfli əməkdaşlıq formatını müzakirə edəcəyik”.

Bəs sonra?

Ankara və Bakı Tehrana qarşı oynayır

Ankara, BakıTiflis Cənubi Qafqazda İranın nəqliyyat kommunikasiyalarını buxovlayaraq onu sonradan Transanadolu qaz kəmərinin Transadriatik qaz kəmərinə bağlanması ilə Avropa Birliyi ərazisinə çıxan Türkiyə marşrutuna yönəlməyə məcbur edir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə münasibətdə təcavüzkar ritorikası məhz buradan qaynaqlanır. Tehran kənd təsərrüfatı məhsullarının Azərbaycan və Gürcüstan ərazisindən Ukraynaya nəqli haqda razılığa gəlməklə manevr etməyə çalışır. Tehran və Kiyev bu ilin aprelində uyğun qərar qəbul edib. Lakin bu, İrana nikbinlik vermir, çünki Azərbaycan Qara dənizdən İrana yük axınlarını birbaşa Xəzərə köçürür.

Ukrayna infrastruktur nazirliyinin Ukragroconsult portalında sitat gətirilən məlumatında deyilir: “Azərbaycan tərəfi Kurıka (Qazaxıstan) bərə xəttinin açıldığı və fider gəmiləri ilə Əmirabad və Ənzəli (İran) limanlarına daşımalar barədə məlumat verib. Tərəflər Yeni İpək yolu üzrə Çinlə və Cənub-Şimal dəhlizi üzrə İranla yük axınının inkişafını qeyd edib”.

Eyni zamanda dəqiqləşdirilir ki, Əmirabad limanı Xəzərin cənub qurtaracağının şərq hissəsində yerləşir, Ənzəli limanı isə bir qədər qərbdə dəmiryolu olan Rəşt şəhərinin ətrafında yerləşir.

Amma, bax, bir ilişik var: KiyevBakı Şimal-Cənub dəhlizini xatırladır, lakin yük axınlarının Baltik dənizi sahillərinə çıxmalı olduğu Rusiyanı unudur. Azərbaycan hökuməti İranRusiya ilə gerçək dialoq əvəzinə ErmənistanDağlıq Qarabağ sərhədində sabitsizləşdirməyə güvənməklə yeni osmançılıq layihəsinə lobbilik edir. Bunu dayandırmaq hələ gec deyil. Lakin hazırda zaman Rusiyanın əleyhinə oynayır. Dəməşq ABŞ, Çin və Türkiyənin cənginə buraxılsa, onda Suriya ərazisində tezliklə bir-birinə düşmən feodal knyazılqları meydana çıxacaq ki, bu da özlüyündə Şərqi Aralıq dənizi bölgəsinə nəqliyyat axınlarını bağlayacaq. Və o zaman Rusiyanın Latakiya və Tartus bazaları strateji önəmini itirir. Nəticələr hamımız üçün fəlakətli olacaq. İstisnasız olaraq.(Tərcümə Strateq.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar