Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifətdən ÜAK-ın bağlanması təhlükəsinə reaksiya


Pənah Hüseyn: “Əgər ÜAK Azərbaycanın maraq və mənafeləri üçün çalışırsa, onun ciddi şəkildə müdafiə olunması zəruridir”


Rusiya Ədliyyə Nazirliyinin azərbaycanlıların böyük diaspora təşkilatlarından biri olan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) dövlət qeydiyyatının ləğvi üçün Ali Məhkəməyə müraciət etməsi bu qurumun fəaliyyətinə son qoyulması təhlükəsinin olduğundan xəbər verir. 

Azərbaycanın Diaspora Komitəsi, ayrı-ayrı deputatlar, siyasi ekspertlər məsələyə münasibətlərini, narahatlıqlarını və təkliflərini ortaya qoyublar. Müxalifət düşərgəsinin ÜAK məsələsində mövqeyini də öyrənmək qərarına gəldik.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn ÜAK-ın fəaliyyəti ilə elə də yaxından tanış olmadığını, ona görə də hansısa konkret fikirlər söyləməyə çətinlik çəkdiyini bildirdi: “Rusiyada azərbaycanlıların ÜAK-dan başqa da müxtəlif təşkilatları mövcuddur. Təşkilatla bağlı həm Rusiyanın qanunları, həm beynəlxalq hüquqa uyğun şəkildə ədalətli həll edilməsi məqsədəuyğun olar. Əgər ÜAK Azərbaycanın maraq və mənafeləri üçün çalışırsa, əlbəttə, onun ciddi şəkildə müdafiə olunması zəruridir. Ümumiyyətlə, bizim soydaşlarımızın müdafiəsi ilə bağlı Azərbaycanın qanunu var. Təbii ki, soydaşlarımızın hüquqları onların vətəndaşı olduqları ölkələrin qanunları çərçivəsində həyata keçirilməlidir”.

Image result for Sərdar Cəlaloğlu

ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, Azərbaycan müxalifəti ilə ÜAK-ın arasında əlaqə olmadığı üçün onun mövcudluğu onları bir o qədər də maraqlandırmır: “O ki qaldı dövlətçiliyimiz baxımından o cür qurumların olmasının vacibliyi məsələsinə, mən düşünmürəm ki, ÜAK Azərbaycanın dövlətçiliyinin, maraqlarının qorunması ilə bağlı hansısa ciddi işlər görüb. Rusiyadakı diaspora təşkilatlarının bir çoxu dolayısı ilə Rusiyanın əlində Azərbaycana təsir mexanizmidir ki, lazım olanda Moskva ”filan diaspora təşkilatınızı bağlayarıq" şəklində təzyiq göstərir, Azərbaycanı bununla təhdid edir. ÜAK da mənə elə gəlir ki, daha çox Rusiyanın siyasətinə xidmət edir, nəinki Azərbaycanın. Biz bu günə qədər ÜAK-dan Azərbaycan cəmiyyətinə, dövlətinə bağlı hər hansı ciddi dəstək görməmişik. Dağlıq Qarabağ məsələsi ilə bağlı o təşkilatın nə zamansa Rusiyada bir mitinq keçirdiyinin şahidi olmamışıq. Dağlıq Qarabağdakı separatçı rejimin başçısı gedir Moskvada görüşlər keçirir, separatçı rejim hətta KVN komandası yaradıb Moskvaya yarışa göndərir. ÜAK-ın bütün bu kimi məsələlərə etiraz olaraq Moskvada hansısa bir mitinq təşkil etdiyini görməmişik. Azərbaycanın ən böyük problemi, ümummilli məsələsi olan məsələdə öz sözünü ciddi şəkildə demirsə, deyə bilmirsə, bunun nəyi diaspora oldu? Bu cür təşkilatların yaradılmasına zamanında Bakıdan dəstək ona görə olub ki, belə məsələlərdə aktivlik göstərsinlər, iş aparsınlar. Lakin biz bu aktivliyi onlardan görmürük. Ona görə də hesab edirəm ki, passiv təşkilatların buradan can-fəşanlıqla müdafiə edilməsinə, bundan ötrü dövlətin xüsusi çaba göstərməsinə ehtiyac yoxdur".

Image result for Elşən Mustafayev

AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev isə bildirdi ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlana biləcəyi ilə bağlı yayılan məlumatlar çox narahatedici xəbərdir: “Doğrudur, bu məsələ elə də asan deyil. Rusiya Ədliyyə Nazirliyi hələ elə bir qərar qəbul etməyib və bunu edəcəyini də konkret söyləməyib. Hər hansı texniki problemlərin olduğu söylənilir. Amma məsələnin özünün gündəliyə çıxması heç də baş verə biləcək yaxşı hadisələrdən xəbər vermir. Hesab edirəm ki, Azərbaycan bu məsələyə ehtiyatla yanaşaraq oradakı diaspora nümayəndələrimizə Rusiya qanunlarının yol verdiyi həddə dəstək verməlidir. Bilirsiniz ki ÜAK bir diaspora təşkilatıdır və adətən dünyada belə təşkilatlar həmin dövlətlərin öz vətəndaşlarından ibarət xalqların, millətlərin nümayəndələrindən formalaşır. Mədəni, etnik kimliklərini, adət-ənənələrini saxlamaq, şəbəkələşmək, nəticə olaraq vətəndaşı olduqları dövlətin siyasi, ictimai, iqtisadi həyatında iştirak etmək imkanlarını genişləndirmək üçün bu çox yaxşı vasitədir. İndiki məqamda da əgər ehtiyac olarsa, məsələyə yalnız dövlət başçısı səviyyəsində, o da qeyri-rəsmi şəkildə müdaxilə edilməlidir. Ümid edirəm ki, yaranan bu problem öz həllini tapacaq. Çünki Rusiya ərazisində yaşayan ən çoxsaylı millətlərdən birinin böyük bir diaspor təşkilatını bağlamaqda maraqlı olmayacaq”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar