Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı ilə Bakı arasındakı gərginliyin səbəb nədir?


Avropa İttifaqı ilə saziş hazırlanması üçün danışıqların getdiyi vaxtda həyata keçirilən həbslər bəzi suallar yaradıb; xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Brüsseldə Mehman Hüseynovun həbsindən danışıb


Azərbaycan Respublikası və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında Saziş” layihəsinin hazırlanması üçün rəsmi danışıqlar getdiyi bir vaxtda Azərbaycanda bölgələrdə bir neçə müxalifət partiyası fəalının, həmçinin blogger Mehman Hüseynovun həbs olunması baş verdi.

Artıq Mehman Hüseynovun həbsi ilə bağlı Avropa İttifaqı bəyanat verib. Bəyanatda Avropa İttifaqı xatırladır ki, Azərbaycanın beynəlxalq öhdəliklərinə və fundamental azadlıqlara hörmət etməsini gözləyir.

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev isə Brüsseldə Avropa Siyasəti Mərkəzinin təşkil etdiyi Azərbaycan-Avropa İttifaqı münasibətlərinə həsr olunan tədbirdə bildirib ki, Azərbaycanda insan haqları ilə bağlı hər şey mükəmməl olmasa da, xeyli işlər görülür: “Azərbaycan demokratiyası gəncdir. Biz cəmi 20 il öncə demokratiyaya keçmişik. Ona kimi biz insan haqları nədir, insan haqlarının müdafiəsi nədir, bilməmişik. Azərbaycandakı insan haqlarının durumunun necəliyinə xeyli maraq var. Xanım Heidi Hautala (Finlandiyadan olan siyasətçi, Avropa Parlamentinin üzvü) Mehman Hüseynov işini vurğuladı. Mən demirəm ki, bu sahədə hər şey əladır. Hər ölkədə hətta əsrlər öncə demokratiyanın bünövrəsini qoymuş ölkələrdə də belə problemlər tapa bilərsiniz. Amma bunlara baxmayaraq, Azərbaycan insan haqları, təməl azadlıqlar və demokratiyanın müdafiəsini gücləndirməyə çalışır”.

Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında saziş məsələsi xeyli müddət idi faktiki olaraq dayandırılmışdı, danışıqlar getmirdi. Azərbaycanın Avropa İttifaqı qarşısında öz şərti var idi. Əsas şərt Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyinin birmənalı müdafiə olunması idi. Avropa İttifaqının şərtlərindən biri isə demokratiyanın qorunması idi. Uzun müddət fasilədən sonra nəhayət, 2016-cı ilin sonlarında Avropa İttifaqı Şurası Azərbaycanla Avropa İttifaqı arasında “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında Saziş” layihəsinə dair rəsmi danışıqlara başlamaq üçün mandat verdi. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmin hadisə ilə bağlı açıqlamasında demişdi ki, yeni sənəd təşkilatla ikitərəfli əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq və əməkdaşlığın hərtərəfli inkişafını təmin etmək üçün hüquqi baza yaradacaq.

Verilən mandata əsasən bu ilin fevralından isə sazişin hazırlanması üçün danışıqlar başlanıb.

Belə bir ciddi prosesin getdiyi vaxtda yuxarıda xatırlatdığımız həbslərin həyata keçirilməsi bəyanatdan da görünür ki, Avropa İttifaqını heç də məmnun etməyib. Bəs son həbslər Avropa İttifaqı ilə başlanan danışıqlara mane ola, sazişin imzalanmasına əngəl yarada bilərmi?

Beynəlxalq məsələlər üzrə ekspert, AMİP katibi Elşən Mustafayev bildirdi ki, 2015-ci ilin parlament seçkiləri öncəsi Azərbaycan hakimiyyətinin Avropa İttifaqı ilə münasibətlərində ciddi soyuqluğun yaranmasından sonra son aylarda hər iki tərəfdən strateji tərəfdaşlıq sazişi layihəsinin hazırlanması ilə bağlı bəyanatların səslənməsi ilk növbədə müsbət addım kimi qiymətləndirilməlidir. Amma hələ öncədən o da məlumdur ki, bu sazişin yekun olaraq imzalanması elə də asan olmayacaq. Bunu həm ölkə daxilindən, həm də ölkə xaricindən istəməyən ciddi qüvvələr var.

Image result for Elşən Mustafayev

Bu qüvvələr müxtəlif məqsədlərə xidmət etsələr də eyni sonucun olmasında maraqlıdırlar: “Ölkə daxilində də bu danışıqların uğurla başa çatmasında maraqlı olan tərəflər olduğu kimi, buna qarşı olanların da mövqeləri güclüdür. Azərbaycanda rusiyameylli qüvvələrin işi hər vəchlə bu prosesi bacardıqca ləngitmək, uzatmaq və sonda bundan imtina etməkdir. Bunun üçün nə mümkündürsə edirlər. Məlumdur ki, Aİ-nin danışıqlar prosesində əsas istəklərindən biri ölkədə insan haqları, siyasi və ictimai sektordan olan fəalların, jurnalistlərin həbsi ilə bağlı problemlərin həllidir. Bu ərəfədə yeni həbslərin həyata keçirilməsi məhz danışıqlar prosesini dalana dirəyə biləcək faktorlardır. Artıq Avropa İttifaqından, beynəlxalq təşkilatlardan bu həbslərə reaksiyalar verilməyə başlayıb. Bayaq dediyim kimi, xaricdə də bu sazişi istəməyən, Azərbaycanla əməkdaşlığı rədd edən, dövlətə və millətə qarşı işlər aparan qüvvələr var. Həmçinin orada Azərbaycanı sevən, zaman-zaman haqlı tələblərimizi müdafiə edən, ölkədə insan haqları, siyasi məhbus problemlərinin olmamasına çağıran güclər də var. Amma nəzərə alın ki, bizdə baş verən bu həbslərə dostlarımız təəssüf edərək məcburən, düşmənlərimiz isə sevə-sevə eyni münasibəti ortaya qoyur. Yəni bu həbslərlə biz düşmənlərimzi daha da fəallaşdırırıq, dostlarımızın isə əl-qolunu bağlayırıq. Nəticədə ölkə ilə bağlı formalaşan fikirləri dağıtmaq üçün uzun illər və daha nələr-nələr sərf olunacaq. Bu saziş isə ölkəmiz üçün çox vacib və əhəmiyyətlidir. Həbsdə olanların hüquqlarını müdafiədən də bir addım geri çəkilmək olmaz. Onların azad olumasına çalışmaq lazımdır. Amma bunun sazişin imzalanmasına əngəl alətinə çevrilməsinə də imkan verməməliyik. Hesab edirəm ki, bu sazişin imzalanmasında hakimiyyət içindəki maraqlı güclərə siyasi partiyaların, ictimai təşkilatların dəstəyi olmalıdır. Belə olan halda sazişin imzalanması daha real ola bilər və ona mane olmaq istəyən güclərə də tutarlı cavab ola bilər”.

Image result for Taliyət Əliyev

ADP sədrinin müavini Taliyət Əliyev isə bildirdi ki, Azərbaycan Avropanın xüsusi maraqlar dairəsində olan ölkədir. Bu baxımdan, Avropa və Qərb bu əməkdaşlığa regional təhlükəsizlik maraqları prizmasından yanaşırlar: “Azərbaycan 20 ilə yaxındır ki, Avropa institutları ilə əməkdaşlıq edir, ölkədə insan hüquqları, azad mətbuat, seçkilərin demokratik qaydada keçirilməsi, siyasi hüquqların təmin olunması, siyasi baxışlarına görə insanların təqib olunmasının dayandırılması, siyasi məhbus probleminin birdəfəlik həll olunması və s. kimi öhdəlikləri həmin qurumlar qarşısında üzərinə götürməsinə baxmayaraq, bu öhdəliklərin əksəriyyəti havadan asılı qalıb. Amma Avropa institutları Azərbaycanla əməkdaşlığını davam etdirir. İndiki halda ölkədə həyata keçirilən son həbslər Aİ-Azərbaycan danışıqlarını bir qədər ləngidə bilər, amma danışıqların dayandırılması inandırıcı deyil”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar