Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMİP rəhbərliyi Trampın partiyası ilə birgə toplantıya qatılacaq


Yanvar ayında AMİP rəhbərliyinin ABŞ-ın yeni hakim partiyası olan Respublikçıların təmsilçiləri ilə eyni tədbirdə iştirak edəcəyi gözlənilir


AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev musavat.com-a bildirib ki, Münhendə Beynəlxalq Demokrat İttifaqının İcraçı toplantısı olacaq. 

Toplantıya Beynəlxalq Demokrat İttifaqının üvü olan AMİP-in də qatılacağı gözlənilir. Beynəlxalq Demokrat İttifaqının üzvü olan ABŞ Respublikaçılar Partiyası da tədbirdə təmsil olunacaq.

Qeyd edək ki, Donald Trampın prezident seçilməsi ilə ABŞ-da hakimiyyətə gələn Respublikaçılar Partiyası ilə eyni ittifaqda müttəfiqlik edən yeganə Azərbaycan partiyası AMİP-dir. AMİP sağ mərkəzyönlü partiyaları özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqı çərçivəsində ABŞ-ın Respublikaçılar Partiyası ilə müttəfiqdir.

E.Mustafayev onu da deyib ki, keçən ilin iyul ayında AMİP rəhbərliyi Donald Trampın namizədliyinin təsdiqləndiyi Respublikaçılar Partiyasının qurultayına dəvət alıb. Lakin müəyyən səbəblərdən qurultayın işində iştirak edə bilməyiblər. 

Bununla belə, qurultaya təbrik məktubu göndərilib. Seçkilərdən sonra da ABŞ-ın Respublikaçılar Partiyasına və Donald Trampa AMİP rəhbərliyi rəsmi təbrik məktubu göndərib.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar