Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət qurumlarındakı cinayətkar şəbəkələr və kriminal jarqonlar...


Müxalifət baş verənləri yalnız seyr edir: “Düşünmürəm ki, müxalifət bu baş verənlərdən hakimiyyətə qarşı istifadə etməlidir”


Rabitə və keçmiş MTN çetesinin üzə çıxan cinayətləri, qara para dövriyyəsi haqda danışılarkən kriminal aləmin jarqonlarından istifadə edilir. 

Məsələn, “kotyol”, “obşak” və s. Nazir müavinlərindən biri ifadəsində nazir Əli Abbasovun “obşiy katyol”dan ona ayda 50 min manat “paket” verdiyini, başqa biri 30 min manat “paket” aldığını deyir. Bəziləri isə daha böyük məbləğli rüşvət faktlarının üstünü açıb. 

Məsələn, BTRİB-in keçmiş rəisi Beytulla Hüseynov ifadəsində deyib ki, nazir müavini İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat verib. Ümumiyyətlə, MTN işi ilə bağlı məhkəmə proseslərində də dəhşət saçan məlumatların yer aldığı ifadələr verilir. O ifadələr ki, hakimiyyətin ictimai nüfuzuna şübhəsiz zərbə vurur. Yəni vəziyyət o həddə çatıb ki, cinayət dosyeləri kriminal jarqonlara bürünüb. Hansı ki, uzun illərdir biz hüquqi dövlət quruculuğundan danışırıq...

Müxalifət isə bu faktordan hakimiyyətə qarşı istifadə etmir. Məhkəmələrdə ortaya çıxan dövlət vəsaitlərini talama faktları ilə bağlı dəyirmi masalar təşkil etmək, hakimiyyətdən həmin ifadələrlə bağlı ciddi araşdırmalar aparılması tələb etmək kimi addımlar da atılmır. 

Bu barədə “Yeni Müsavat”a açıqlamasında AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirdi ki, “MTN işi” ilə əlaqədar keçirilən məhkəmə proseslərindən yazılan reportajları, o cümlədən də istintaqa verilən ifadələrin mətbuata sızan hissələrini oxuduqca həqiqətən də şok effekti verə biləcək faktlarla rastlaşırıq: “Həqiqətən də ölkənin milli təhlükəsizliyinə sorumlu olan bir təşkilata rəhbərlik etmiş insanların tam 10 il ərzində əslində dövlətin dayaqlarını sarsıtmaqla məşğul olduğunun fərqində olduqca, bütün baş verənlərdən dəhşətə gəlməmək mümkün deyil. Bu adamlar cinayətkar birliklər yaratmaqla eyni zamanda biznes strukturlarına,  həmçinin bank və maliyyə sisteminə elə öldürücü zərbə vurublar ki, bunun fəsadlarını  bu gün hər birimiz hiss edirik və yaxın gələcəkdə həmin acı nəticələri aradan qaldırmaq da çox çətin olacaq. Əlbəttə ki, bütün baş verənlər dövləti cinayətlər olmaqla yanaşı, ilk növbədə mövcud iqtidarın nüfuzuna ciddi zərbədir. 

Image result for Arzuxan Əlizadə

Odur ki, hakimiyyət həmin şəxslərin barəsində çox sərt hökmlər çıxarılmağında maraqlı olmalıdır. Hələ də həbs edilməyənlər isə həbs edilməlidir. Çünki dövlətə bu qədər zərər vurmuş adamlar cəzasız buraxılmamalıdır. Amma hesab etmirəm ki, müxalifət bu baş verənlərdən hakimiyyətə qarşı istifadə etməlidir. Əvvəla, baş verənlərlə əlaqədar istintaq və məhkəmə araşdırmaları davam edir və bu dönəmdə atılan addımlar həmin orqanların işinə müdaxilə kimi qiymətləndirilə bilər. İkincisi, bu ölkə iqtidarlı müxalifətli hamımızın vətənidir. Baş verənlərə öz məqsədlərimiz üçün deyil, ümumilikdə ölkəmizin inkişafı üçün nə edə bilərik prizmasından yanaşsaq daha doğru olar. Hakimiyyət isə törədilmiş cinayət əməllərinin obyektiv araşdırılmasında maraqlı olmalı, baş verənlərdən ciddi nəticə çıxarmalı və yaranmış vəziyyətdən çıxış yollarını müxaliflərlə birlikdə müzakirə etməkdən çəkinməməlidir. Hesab edirəm ki, bunun alternativi yoxdur”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar