Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın silah arsenalında hansı ölkə liderdir?

Üzeyir Cəfərov: “Son 10-15 ildə vəziyyət xeyli dərəcədə dəyişib, Rusiyadan asılılıq xeyli azalıb”


Rusiya baş nazirin müavini, Rusiya hərbi-sənaye kompleksini kurasiya edən və hərbi kontraktlara birbaşa nəzarət edən Dmitri Roqozin prezident Vladimir Putinlə birgə Bakı səfərindən sonra bəyan edib ki, yaxşı və baha olmayan silahların nəhəng ixracatçısı kimi Rusiya Bakı və Tehranın maraq dairəsindədir. 

Onun özlərinə görə, Azərbaycan “MS-21" təyyarələri ilə maraqlanıb və 10 belə təyyarənin alınması üçün kontrakt 2017-ci ildə imzalana bilər. 

Roqozin deyib ki, Azərbaycanla ikinci maraqlı layihə “Ruslan”, “An-124" təyyarələrinin alınması ilə bağlıdır və bu da gələn il gerçəkləşəcək. Rusiyalı ekspertlərə görə isə Azərbaycan Rusiya hərbi-sənaye kompleksinin aparıcı müştərilərindən biri olaraq qalır və iqtisadi çətinliklərə baxmayaraq, onun alıcılıq qabiliyyəti yüksəkdir. Moskvadakı Strategiyalar və Texnologiyalar Analizi Mərkəzinin direktor müavini Konstantin Makienko bu xüsusda ”Moskva-Baku" portalına açıqlamasında deyib ki, neftin ucuzlaşması və gəlirlərin aşağı düşməsi səbəbindən Azərbaycan Rusiyadan əvvəlki həcmlərdə silah almayacaq. Lakin mümkündür ki, artıq alınan silahlardan-reaktiv artilleriya sistemlərindən, tanklardan, vertolyotlardan yeni partiyaları sifariş verilsin.

Azərbaycanın özünün hərbi parkını, arsenalını daha da zənginləşdirməsi müsbət və vacibdir. Bəs şimal qonşumuzdan silah alınmasına üstünlük verilməsi asılılıq yarada bilərmi? Azərbaycan daha çox hansı ölkədən silah alır və almalıdır? Ən keyfiyyətli və müasir silahları hansı ölkə istehsal edir?  

Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Azərbaycanın 2017-ci ildə də arsenalında olan silah-sursatın yenilənməsi ilə bağlı bəzi addımlar atmaq istədiyi barədə məlumatlar əvvəldən də var idi. Bu yenilənmədə müəyyən faiz Rusiyadan alınacaq silahların payına düşəcək: “1990-cı illərdə Azərbaycan tam olaraq SSRİ və onun varisi olan Rusiya silahından, hərbi texnikasından asılı vəziyyətdə idi. Amma son 10-15 ildə vəziyyət xeyli dərəcədə dəyişib, Rusiyadan asılılıq xeyli azalıb. Azərbaycanın müdafiə və təhlükəsizlik üçün aldığı silah-sursatın, hərbi texnikanın bir qismi Rusiyadandırsa, bir qismi Pakistan, İsrail, Türkiyə, Rumıniya, Ukrayna, Çin və digər ölkələrin istehsalıdır. Rusiya son illər narahat idi ki, Azərbaycan tədricən Rusiya silah bazarından uzaqlaşır. Ona görə də son illərdə müəyyən güzəştli şərtlərlə silahlar təklif etməyə başladılar. Azərbaycan da özünə lazım olan əlverişli şərtlər çərçivəsində bəzi silahları almağa başladı və proses davam edir. Rusiyadan alınacaq təyyarələrə gəldikdə, o təyyarələr modernləşdirilmiş təyyarələrdir, manevr imkanları əlverişlidir, döyüşdə iştirak edərkən əldə edəcəyi nəticələr xeyli yaxşılaşdırılıb. 



Ona görə də Azərbaycan bu təyyarələri əldə eləmək istəyir. Digər artilleriya qurğuları, digər yeni növ müasir hərbi qurğuların alınmasını qarşıya hədəf qoyulub. Rusiyadan alınması gözlənilən hərbi nəqliyyat təyyarələri Naxçıvana bəzi yüklərin daşınmasında mühüm rol oynayacaq. Əvvəlki illərdə olduğu kimi, yəqin ki, Azərbaycanın aldığı hərbi yük təyyarələri hansısa ölkələrə icarəyə verilə bilər. Çünki 1990-cı illərdə belə bir təcrübə var idi ki, Müdafiə Nazirliyinə məxsus hərbi nəqliyyat təyyarələri Ukrayna tərəfindən icarəyə götürülürdü və icarə şərtlərinə görə, Azərbaycana kifayət qədər ciddi gəlirlər daxil olurdu. Bu baxımdan da hərbi nəqliyyat təyyarələrimizin sayının artırılması müsbətdir”.

Hərbi ekspertin sözlərinə görə, Rusiyadan silah və hərbi texnika alınmasının bir qədər artmasında narahatedici məqamlar yoxdur: “Hərbi parkın formalaşmasında Rusiyadan asılılıq yoxdur. Dediyim kimi, həm bir sıra digər silah istehsalçısı olan dövlətlərdən silah, texnika alınır, həm də Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin xətti ilə ölkəmiz özünün silah-sursat, patron ehtiyaclarını xeyli ödəyir. Hərbi arsenalımızda heç də Rusiya silahları hökmranlıq etmir. Rusiyadan son illərdə alınan müasir silahlar özünü doğruldacaqsa, yəqin ki, Azərbaycan almaqda davam edəcək. Əgər daha əlverişli şərtlərlə daha müasir silah-sursatı başqa hansısa ölkə təklif edəcəksə, hər halda, Azərbaycan bunu dəyərləndirəcək. Bu, adi normadır”. 

Ekspert onu da qeyd etdi ki, hazırda silah istehsalçısı olan dövlətlər sırasında ən müasir və güclü silahlar istehsal edən ölkə İsraildir: “Buna görə də İsrailin istehsalı olan silahlar bahadır. Buna baxmayaraq, Azərbaycanın silah arsenalında İsrail silahları da var. Bunu Müdafiə Nazirliyi də zamanında açıqlayıb. Azərbaycan hətta İsrailin istehsalı olan pilotsuz uçan aparatların eynisini İsrailin razılığı ilə istehsal edir. Pilotsuz uçan zərbəçi aparatları da özümüz istehsal edirik. Bunlar hamısı çox vacib şərtlərdir. Rusiyanın da müəyyən müasir və keyfiyyətli silahları var. Amma Rusiya başqa ölkəyə, o cümlədən Azərbaycana lisenziya vermir ki, həmin silahlar istehsal edilsin. Bəzi ölkələr Azərbaycanın hərbi parkını zənginləşdirməsinə, özünün silah-sursat istehsal etməsinə qısqanclıqla yanaşırlar. Amma Azərbaycan özünün hüququ olan işi davam etdirir”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar